Gönderi

Tanrı bizi xoşbəxt olmaq üçün yaratdı. O bizim hamımızı eyni miqdarda sevir məhz buna görə qayda qanunlar yaratdı. Bizim xoşbəxtliyimizin başqalarına bədbəxtlik gətirməməsi üçün yaradılışımıza uyğun qanunlar. Biz isə xoşbəxtliyi egoistlikdə gördük və tanrının sevdiyi qədər sevə bilmədik yaradılmışı. Nəticədə nə biz xoşbəxt olduq nə bir başqası. Xoşbəxtlik bir bədəndə olan hiss deyildi o bütün insanların birləşməsində olan bir ruh idi ,tək bir ruh. Bədənin hissələri bir bütün təşkil etmədiyi təqdirdə o ruh o bədəndə təşəkkül tapmaz. Bunun xaricində isə zənn edilən xoşbəxtlik ani bir situasiya olur ki, əslində bu sabit bir haldır yaşanan bədbəxtliklər bu sabit halın başa düşülməsində rol oynayır. Xoşbəxtlik sanılan bu anın ortaya çıxması üçün isə durmadan bədbəxtliklər ilə üzləşməli qalırıq. Məntiqlə baxıldıqda isə bu çox adi haldır və sadəcə zövqdür, sadəcə həzz. Susayan adamın su içərkən hiss etdiyinin doyduqdan sonra yox olması kimi.
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.