Gönderi

255 syf.
6/10 puan verdi
·
6 günde okudu
Detektiv yazıçılarının kraliçasından bir kitab daha...Əlifba sırası ilə qətl. Hərhalda nədən bəhs edildiyini təxmin etmək o qədər də çətin deyil. Belə xülasə edərdim: Məşhur detektivimiz Erkül Puaro məktublar alır. Məktublarda müəllifin yəni qatilin- "ABC"nin- törədəcəyi cinayətin günü və məkanı yazılır, Erkülü bu qətl silsiləsini həll eləməyə çağırır, ona baş tutur. İkinci cinayət baş verdikdən sonra məlum olur ki, məkanlar və qurbanlar onların adları İngilis əlifbasına uyğun olacaq şəkildə seçilir. Bundan sonra iş daha da maraqlı olur, qurbanların yaxınları da bu qatilin axtarışına qoşulur. Ama 3cü cinayətə qədər əldə tutulacaq və qatilin şəxsiyyətinə dəlalət edən heç bir dəlil tapıla bilmir. Çünki qətllər və qurbanlar tamamilə fərqli olur. Nəhayət, Erkül Puaro bir ortaq xüsusiyyəti ortaya çıxardır və bu onu qatilə aparır. Sonu da ki klassik Aqata üslubu ilə bitir:) Ümumiyyətlə, kitabı bəyəndim. Axıcı idi, maraqlı idi.Amma Aqathanın daha möhtəşəm əsərlərini oxumuşam. Məsələn, mənim üçün "Şərq Ekspresində Qətl" hələ də öz taxtında oturub, eyni zamanda "On Zənci Balası", "Mavi Qatarın Sirri". Əgər ilk detektiv əsəriniz bunu seçmisizsə, ya da dediyim əsərlərini oxumadan bunu oxuyursunuzsa, təbii ki əla bir seçim olar. Bir detektiv əsərdən ala biləcəyiniz məmnunluğu ala bilərsiz. Tövsiyyə edirəm, oxuyun, oxutdurun, fəqət qeyd elədiyim əsərlərinin də ən azı birini oxumadan ölməyin^) Bura da bir iki sitat yazıram kitabdan: ~Əgər beyindəki boz hüceyrələr işləməzlərsə, onların sonu çatar ~Yazılmış sözlərlə söylənmiş sözlər arasındakı məsafə bir uçurum qədərdir. ~Mən çoxdan bilirəm ki, ölüm böyük aradüzəldəndir.
Əlifba Sırası ilə Qətl
Əlifba Sırası ilə QətlAgatha Christie · Qanun Nəşriyyatı · 20185,2bin okunma
·
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.