Romanın mövzusu çox maraqlı və qeyri-adidir. Qatil, detektiv Erkül Puaroya meydan oxuyurmuşcasına öncədən göndərdiyi məktubla qətli törədəcəyi yeri və günü bildirir. İşin qəribə tərəfi, öldürdüyü qurbanları və cinayətin baş tutduğu şəhəri əlifba sırasına görə seçir. Əsər çox gözlənilməz sonluqla bitdi, sona qədər qatili təxmin etmək mümkün olmadı. Agathanın digər əsərləri kimi, bu da axıcıdır. Müzakirələrə, qatilin psixoloji durumunu təxmin etməyə yer verilməsi xoşuma gəldi. Amma məncə sonluğunda sanki beyində suallar qalır. Bir sözlə, 8.5/10