Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

182 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Neil Gaimandan oxuduğum ikinci kitab oldu. Çox mükəmməl kitabdı. Koralin kitabından çox qəşəng idi. Bu kitabı mənə bir nəfər məsləhət etmişdi və o günü də pdf-i yükləyib oxumağa başladım, oxumağıma heç peşman deyiləm. Mövzusu Kitabın əsas qəhrəmanı bir evə gəlir və uşaqlığını danışmağa başlayır. 7 yaşından başlayır. Bir gün bir bədbəxt hadisə baş verir, bu hadisə ilə gələcəkdə yaxın olacağı dostu ilə tanəş olur, Lettie Hempstock ilə. Sonra onun anası və nənəsi ilə tanış olur. Hər şey yaxşı gedir, ancaq onların yaşı böyük olmadığı üçün və anasının, atasınıb işlədiyi üçün bir baxıcı gəlir. O da yaxşı olmur balaca bacısını hər hansı bir hədiyyə ilə yanına çəkir, ancaq əsas qəhrəmanla arası yaxşı olmur, ondan sonra atası ilə də yaxınlaşır, ancaq aralarında o qədər dostcasına bir münasibət olmur, ondan daha artığı olur. Sonra elə bir hadisə olur və bunla əsas hadisələr başlayır. Kitab fantaziya kitabı deyil, məncə. Daha da yüksək kitabdı. Əsas obrazın duyğularını, hisslərini çox gözəl təsvir edib və kitab çox axıcıdı, hadisələr çox axıcılıqla gedir. Ancaq kitabın sonu biraz fərqlidi, mənim fikrimcə. Həm müsbət sonluq, həm də mənfi sonluq kimi də düşünmək olur. Ancaq kitabı hər kəsə məsləhət edirəm, oxumağa dəyər kitabdır.
Yolun Sonundaki Okyanus
Yolun Sonundaki OkyanusNeil Gaiman · İthaki Yayınları · 20131,442 okunma
·
469 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.