Gönderi

252 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Jane Austin - Northanger manastırı
Müəllifin daha məhşur əsərləri olsa da ilk dəfə bu əsərlə onun qələmi ilə tanışdım. Jane Austinin ilk romanı olan Northanger manastrı 1978-1803-cü illər arasında yazılıb. Gotik ədəbiyyata aid olan əsər 1817-ci ildə nəşr olunmuşdur. Mövzu Gənc bir qız olar Catherinenin Bath adlı o dövr üçün məhşur, daha çox varlıların yaşadığı, şənliklərin təşkil olunduğu bir İngilis qəsəbəsinə gedir. Burada tanışdığı yeni insanlarla bir neçə ay keçirən qəhrəman sevgi, dostluq, saxtakarlıq və umumiyyətlə insanlarla bağlı heç yaşamadığı təcrübələr yaşayır. Yüksək təbəqənin həyat tərzi, onların saxtalığı, dostluqların həqiqi üzü, obrazların timsalında çox gözəl əks olunub. Bir çox məqamın hələ də aktuallığını qoruduğunu deyə bilərik. Insanlarin xarakterinden Evlilik üçün seçim məsələsinə qədər. Axıcı, sadə dillə yazılmış bir əsər oxudum və mən çox sevdim. Kitabı oxuyarkən elə gözəl hislər və həyəcanla oxudum ki, mənim üçün yeri ayrı olacaq. Cathrine ve Henry Tilney çox sevdiyim cütlük oldu. Hər sevenin mutlu olması diləyi ilə Eyer mövzu sizə yaxındırsa, sevgi, münasibətləri oxumağı sevirsinizsə əsərə şans verin. Yazmadığım maraqlı, sizi ne olacağı ilə bağlı suallar verməyinizə səbəb olacaü məqamlar var. Sevgi romanlarından uzaq olsam da, bu əsər incə telimə toxundu Mən sevdim. Ümid edirəm siz də sevərsiniz. " İnsanın kalbi birine aitse başka hiç kimsenim ilhisi pek bir şey ifade etmez. Sevilen kişiyle ilgili olmayan her şey o kadar yavan, o kadar sıradan gelir ki!"
Northanger Manastırı
Northanger ManastırıJane Austen · Türkiye İş Bankası Kültür Yayınları · 20193,216 okunma
·
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.