Gönderi

56 syf.
7/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Stefan Zweig - O Muydu?
Zweigin digər əsərlərində olduğu kimi yenə də fikir qısa şəkildə oxucuya çatdırılır. O duyğuların çatdırılması, bənzətmələri, insan psixologiyasının dərinliklərinə işıq tutması ilə seçilir. Bu əsər isə oxuduğum Zweig əsərlərindən çox fərqli təsir bağışladı. Ponto adlı baş qəhrəmanımız bir itdir. Və müəllif bir itin üzərində önəmli mövzulara işıq tutub. Hər şeydə olduğu kimi sevginin də çoxu ziyandır. Abartı davranışlar, diqqət, sevgi, bağlılıq bəzən insanın fəlakəti ola bilər. Yaxşı niyyətli ola bilərsən amma bu sənə pislik olunmayacağına qaranti vermir. İstər insanlara, istər heyvanlara heç vaxt özünüzdən artıq dəyər verməyin. Ve gördüyünüz dəyəri itirməməyə itirdikdə isə bunu həzm etməyə çalışın... Əsərdən aldığım mesaj bu idi. Kitab qısa hekayə sadə qurulsa da məncə Zweig yenə fikrini rahat çatdıra bilib... Müəlliflə tanışmaq üçen bu əsəri töbsiyyə etmirəm amma sonrakı mərhələlərdə oxuyacaq yaxşı bir kitabdır. Ümid edirəm müəllifin bütün əsərlərini oxuya bilərəm. Fevral ayının son - ikinci kitabı haqqında düşüncələrim belə idi. Hər kəsə xoş mütaliələr. 28.02.22 12.46 28.02.22 22.54
O muydu?
O muydu?Stefan Zweig · Can Yayınları · 20195,3bin okunma
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.