Gönderi

88 syf.
·
Puan vermedi
·
15 saatte okudu
Getdikləri oteldə evli qadınla subay baron arasında başlayan gizli münasibət fonunda 12 yaşlı Edqarı, onun daxili dünyasını oxucuya göstərmək istəyən Stefan Zweig, əslində, hansı mövzuya toxunub?  Əsər otelə gələn baronun təklikdən gileylənməsi, lakin diqqətini çəkən bir qadının bütün düşüncələrinə hakim kəsilməsi ilə başlayır. Məhz bundan sonra baron həmin qadınla yaxınlaşmağı qarşısına məqsəd qoyur və hətta buna qadının 12 yaşlı oğlu vasitəsilə nail olmaq istəyir. Sonda istəyinə nail olurmu? Bəs Edqar bütün bunlara necə münasibət göstərir? Edqar ağır xəstəlikdən yenicə sağalıb anası ilə otelə istirahət üçün gələn azyaşlıdır. Obrazla tanış olanda asanlıqla daxili dünyasını öyrənən oxucuya məlum olur ki, azyaşlının sevgiyə, isti münasibətə və qayğıya ehtiyacı var. Buna görə də, ünsiyyət qura bildiyi birinə "dost", "yaxın insan" kimi yanaşır. Bəs hər şey onun gördüyü və arzu etdiyi kimidirmi? Hadisələrin gedişatı boyu Edqarın başqa hansı problemlərlə üz-üzə qaldığını da görmüş oluruq. Müəllif digər əsərlərində olduğu kimi oxucunu maraqlı süjet və qələminin axıcılığı ilə valeh etməyi bacarıb. Həcmi o qədər böyük olmasa da, özündə çox əhəmiyyətli məsələləri ehtiva edir. Ona görə də oxumağı tövsiyə edəcəyim əsərlər sırasına daxil oldu. Xoş mütaliələr!
Yakıcı Sır
Yakıcı SırStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202042,4bin okunma
·
184 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.