Cenni Herhardt adlı romanı mənə görə axıcı yazılmışdı ,amma bu əsəri oxuyanda heç bir duyğu hissi keçirmədim. Deyə bilmərəm əsər mükəmməl yazılmışdı , amma oxumağa dəyər . Necə deyərlər, həyatda hər şey ola bilər ,bu əsər də onu göstərir.
Adından da göründüyü kimi roman, Cenni adlı qızdan bəhs edir.
Cenni , ailəsinə bağlı ,xeyirxah, qayğıkeş və fədakar bir qızdı . Yazıçı romanda Cennini gözəl bir qadın obrazı kimi qələmə verib. Gözəl siması olan Cenni görənləri heyrətə gətirir,hətta yüksək təbəqəli insanları da. Ailəsinə görə özünü fəda edən Cenni , zamanla ailəsini də itirir. Yüksək təbəqəli insanlar tərəfindən tənqid edilir, əzilir , küçümsənir, amma buna rəğmən o , öz həyat mücadiləsini sonuna qədər aparır .
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014442 okunma
·
193 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.