Gönderi

424 syf.
10/10 puan verdi
“ Yaxşı ki, dedizdirən bir kitab daha. Kitab o qədər ağır yaşanmışlıqlarla dolu bir əsərdir ki, insan mümkün deyil ki, o hissləri duymasın. Müəyyən yaşdan sonra filmlərə belə soyuqqanlılıqla baxan biri olaraq deyə bilərəm ki, göz yaşlarımı saxlaya bilməyərək hönkürdü ilə bitirdiyim ilk əsər. Sanki bir yerində Xocalı qırğınını xatırlatdı mənə, insanların işgəncə görməsi. Travmalarla dolu bir ananın “candan əziz” balasına qarşı keçirdiyi hisslər bütün ruhumu silkələdi. Körpə qızcığazın anasına qarşı sadiqliyi və son nəfəsini verdiyi o anda dolmuş gözlərim, qurumuş nitqim, kəsilən nəfəsim tab gətirmədi. Qürurumdan dolan gözlərim, düyünlənmiş boğazım, qadın qürurum, analıq hisslərim o an yaşanmışlığa dözmədi. Hisslərimi yazdığım anda belə o ana qayıtmış kimi oluram. Hər kəsin oxumalı olduğu bir kitab. Möhtəşəm bir əsər.Sadəcə oxuyun. Yaxşı ki, oxuduqlarımdan” ”Yolumuza çıxan insanlar səbəbsiz deyil. Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar. Bəzən hər ikisi bir adamda cəm olur. Sadəcə biz çalışmalıyıq ki, birini digəri ilə səhv salmayaq."
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,081 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.