Gönderi

336 syf.
7/10 puan verdi
·
Beğendi
·
55 günde okudu
Əsər 2 ci dünya müharibəsi dövrünü əhatə edir. Hansı ki,insanların gözlərinin diri-diri çıxarıldığı, qadınların kütləvi zorakılığa məruz qalması, qadınların heyvanlar ilə cinsi əlaqəyə girməsi, kütləvi insan ölümü, özbaşınalıq, nasistlərin əhalinin başına gətirdiyi iyrənc və dözülməz hərəkətlər, irqçiyilin hökm sürməsi və bütün bunlara şahidlik edən müharibənin qurbanı az yaşlı oğlan. Dərisinin rənginin qara olması, əhali tərəfindən qaraçı, zənci kimi tanınmasına baxmayaraq əslində onlarla əlaqəsi belə olmayan,valideyinləri tərəfindən başqa kəndə göndərilən bu uşaqın başına gəlməyən qalmır. Yaşına uyğun olmayan hadisələrlə qarşılaşan, hər dəfə kiminsə əsarəti altına düşüb min bir əziyyət çəkən bu oğlanın timsalında müharibənin törətdiyi dəhşətlər əks olunub. Kitab mənə görə axıcı deyildi və sevmədim.Müharibə mövzulu əsərləri sevmədiyimdən də ola bilər bu).Kitab həddən artıq həssas və tükürpədici olduğu üçün hər kəs oxuya bilməz deyə düşünürəm və 18+ yaş üstüdür. Kitabın nəşr olunması üçün Koşinski çox cəhd göstərib. Hətda bir neçə dəfə bu kitaba görə ölümlə də hədələnib.
Boyalı Quş
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20204,626 okunma
·
259 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.