Gönderi

384 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Mən kitabların təkcə bizə bir şeylər versin deyə oxunulmasına düzgün baxmıram. Düzdü hər kitab oxuyan oxucuda bir iz qoyur. Amma məncə oxumaqdakı məqsəd bu olmamalıdır. Eyniylə bu kitab kimi bəzən sadəcə ruhunun dincəldiyi, xoş saatlar keçirdiyin kitablar da oxumalıyıq. Beləliklə bu seriyada üçüncü kitabını da oxuyub bitirdim. Artıq bütün rollar çox doğmadır. Sanki bir dostunun başına gələnləri oxuyurmuşsan kimi gəlir adama. Kitab boyu Annenin qərarsızlığını hiss edirik. Buna çox zaman əsəbləşsəm də sonda özü də nə istədiyini anladığı üçün çox sevindim açığı. Digər yeni rollar onların həyatları, seçimləri də çox gözəl idi. Digər iki kitabında olduğu kimi bu kitabda da kədərləndiyim yerlər oldu. Seriyada oxuduğum qədəri ilə bəyəndiyim kitabı hələ də tam olaraq seçə bilməsəm də bu kitabı çox bəyəndiyimi rahatlıqla deyə bilərəm.
Yeşilin Kızı Anne 3
Yeşilin Kızı Anne 3L. M. Montgomery · Ephesus Yayınları · 20204,587 okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.