Gönderi

400 syf.
9/10 puan verdi
·
Beğendi
Mən bir az əvvəl nə oxudum necə oxudum bilmirəm. Bir kitabın əvvəlindən sonuna qədər insan ağlıyarmı. Mən ağladım. Hər dəfəsində yazarın bu kitabı yazıb niyə biz oxuculara bunu etdiyini düşündüm. Niyə bu seriya ağlımızda, ürəyimizdə oxunulan sadə, güldürən romanlardan olmadı deyə düşünüb pis oldum. Həqiqətən pis oldum. Hər bir rolu sanki həyatda tanıyırdım. Hər birinin uşaqlığı, gəncliyi, yaşlılığı hamısına şahid olmuşdum. İndi bu rolların bu kitabda yaşadığı şeylər. Nə bilim, bilmirəm nə deyim. Amma yaxşı ki, oxumuşam. Yaxşı ki, bu seriyaya başlamışam. Həqiqətən son kitab sizi çox yaralıya bilər. Amma bu həyatın özü kimidi. Həmişə gülmürük, gülə bilmirik. Bu hissəni oxumaq istəməyən ola bilər. Spoiler gedə bilər deyə əvvəlcədən qeyd etmək istədim. Eh Walter. Əslində nə olacağını bilirdim. Əslində bunu mənim kimi sən də bilirdin. Çox ağladım. Sənə, düşüncələrinə, gedişinə. Fareli köyün Kavalcısının ardından həqiqətən getməli idin? Yəqin ki, hə. Amma bunu oxumaq çətin idi. Anne, Gilbert və sizin övladlarınızın hər biri çox doğma olduz. Jem, Walter, Nan, Di, Shirley, Rilla hər birinizi oxumaq çox xoş oldu. Eyniyle keçən kitabda daxil olmasına baxmıyaraq rahib və ailəsi. Təbii ki, evin sevimli yardımcısı, ikinci annesi Susan da həmçinin. Bu kitabda isə ən çox bizə ümid olan Dog Monday. Heyvanların sevgisi gerçəkdi. Bu nə qədər bir kitab olsa da bu gerçəkdi.
Yeşilin Kızı Anne 8
Yeşilin Kızı Anne 8L. M. Montgomery · Ephesus Yayınları · 2021789 okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.