Gönderi

Keçənlərdə balaca bacımı məktəbdən götürmək üçün məktəbə getmişdim, yolda maraqlı bir hadisə ilə rastlaşdım. Bir gənc valideyn uşağının əlindən tutub məktəbə gətirirdi. Və uşağa "valideyn məsləhəti" verirdi. Məndə təsadüfən qulaq müsafiri oldum. Deyirdi "Bu həyatda gərək pis olasan, həyasız olasan, davakar olasan ki qabağa gedə biləsən" Bu cümlələr qarşısında irkildim. Bu məsləhətlərə böyüyən uşaqlardan axı biz nə gözləyə bilərik? Bunlar varlığı insan kimi ancaq geriyə apara bilər amma heyvan kimi , düzdür, qabağa. Hardasa başa düşürəm o valideyn qarşısına çıxan 3-5 pis insana görə ya bu həyatda sahib ola bilmədiyi şeyləri pis insanlarda gördükcə ümidsizlik və qəzəblə bu sözləri deyir amma mən qaranti verə bilərəm ki, onlara sahib olsaydı həyatın bundan ibarət olmadığını başa düşəcəkdi. Amma nə etmək olar insanlar pisliyə ümidləndikləri kimi yaxşılığa ümidlənmirlər.. Yaxşı insanların yaxşı qalmasında da rol oynamırlar..
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.