Gönderi

Beş mərtəbəli binanın altıncı mərtəbəsi-6.fəsil
...Reproduktordan musiqi eşidildi. Qadın müğənni həzin və yorğun səslə kədərli bir mahnı oxuyurdu. Təhminə dedi: -Bilirsən bu nə mahnı idi Zaur? -Yox. -Qədim gürcü mahnısı. Bütün bu gün və gecə ərzində ilk dəfə olaraq yavaş və qəmli-qəmli əlavə etdi: -Mən olmayanda birdən bu mahnını eşitsən hər şey yadına düşəcək. Moskva, bu gecəmiz... "Mən olmayanda"-deyə Zaur onu yamısladı. Yenə başladın? -Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq birdə, mən bilirəm. Ayrı cür ola bilər, bəlkə daha yaxşısı, amma bu cür yox... Ola bilməz ki, hər şey bax beləcə təkrar olsun. Domodedovo meşəsindəki quşlar da, o küçədəki cərimədə, bu qədim gürcü mahnısı da... Bu bizimdir, ancaq bizim... Başqa heç kəsin... Onunçün də mən arxayınam... ...Düz çıxdı Təhminənin sözləri...
Sayfa 194 - TəhminəKitabı okudu
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.