Gönderi

400 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Hər şeydən öncə milli, doğma, sətirləri arasında gözəl xatirələr oyadan möhtəşəm bir əsər. Azərbaycan xalqının bir parçası, keçmişimizin və nisbi mənasında bu günümüzün Azərbaycan xalqını geniş şəkildə təsvir edir. Sadəcə xalqın müsbət tərəflərini göstərməklə qalmır, sosial ədalətsizliyi, bir tərəfdə ağaların kef çəkməsi, digər tərəfdə ayağına çarıq tapmayan camaat. Süleyman Sani Axundovun
Süleyman Sani Ahundov
Süleyman Sani Ahundov
əsərlərində geniş çaplı tənqid olunur bu nöqtə, amma İsmayıl Şıxlı bunu açıq bir üsyanla deyil, sadə yaşantıları təsvir edərək göstərir. Əsərin əsas obrazlarından biri Cahandar ağadır. Cahandar ağa mərdliyin, cəsarətin, xalq mübarizə ruhunun, əzəmətin simvolu kimi təsvir olunur, eyni zamanda Cahandar ağa ideal bir obraz deyil, xətaları olan və bəzən bunlarla üzləşmək istməyən bir obrazdır. Əsərdəki obrazlar hər biri ayrı-ayrılıqda bir bağ qurur. Sadəcə roman kimi deyil, gerçək bir yaşantı kimi qəbul edirsən. Çünki əsər bizim bir parçamızı əhatə edir. Əsər boyu əksik olmayan bir gərginlik var, oxuduğum ən gərgin roman ola bilər. Obrazların təsvirində sapı özümüzdən olan baltalar kimi, düşmənlər içində olan dostlar da təsvir olunur. Xalqını, vətənini sevən insanların mübarizəsini az və öz izahı olan bu roman, eyni zamanda bu yolda olan fədakarlıqları təsvir edir. Hər şeyi ilə birgə hər bir azərbaycanlının oxumalı olduğu romanlardan biridir.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005769 okunma
·
110 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.