Gönderi

250 syf.
10/10 puan verdi
·
Beğendi
•Qarmaqarışıq.
Salam,1K ailəsi. Az öncə bitirdiyim kitabın incələməsiylə gəldim. Kitabı ilk oxuyanlardan, ilk incələmə yazanlardan olmaq mənim üçün sevindiricidir. Kitaba gəldikdə isə yazarın ilk kitabı olmasını və gənc olmasını nəzərə alsaq uğurlu yazılmışdı. Mövzusu maraqlı və düşündürücü idi. Kitabda günümüzün aktual mövzularına toxunulması ayrıca təqdirə layiqdir. Özəlliklə günümüzdə müəllimlərin şagirdlərlə davranışının, məktəbə elm,savad öyrənib gələcək qurmaq üçün yox, dələduzluq etmək üçün gedənlərin,sevgi adı altında hər cür iyrənclik edənlərin,xüsusi orqanların hər zaman öz işlərinə laqeyd yanaşmasının tənqid olunmasını bəyəndim. Hər hadisənin arxasınca müəllifin fikirləri,iradı mənim üçün bəyənilən oldu. Yazar obrazların hiss və duyğularını oxucuya ustalıqla çatdırıb.Kitabı oxuduqca yenidən əmin oldum, gerçək dost deyə bir şey yoxdur. Hər kəs özünü,öz mənfəətini düşünür. Neçə il dostum deyib,arxalandığın insan gün gələr gözünü belə qırpmadan sənə ən ağır zərbəni vurar. Oxumaq istəyənə tövsiyyə edirəm,peşman olmazsız.Ümid edirəm kitab layiq olduğu dəyəri görər. İncələmə bura qədər. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm. Xoş oxumalar kitabla qalın...
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
··
784 görüntüleme
Fatima Mhrremova ♡ okurunun profil resmi
Öne Çıkan Yorum
Siz də sağ olun. Xoşdu🍃
Nəimi okurunun profil resmi
Çox təşəkkürlər, həm gözəl incləməniz həm də vaxtınızı ayırıb oxuduğunuz üçün. 🙏✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.