Gönderi

Dünya şirin, can əziz, Verə bilmərəm, oğul...
Dəli Domrul, atasından ümidi üzülüb, atını sürdü, anasının yanına gəldi. Deyir: Ana, bilirsənmi nələr oldu? Al qanadlı Əzrayıl göy üzündən uçub gəldi. Mənim ağca köksümü basıb qondu, Xırıldadıb canımı alır indi. Atamdan can istədim, amma vermədi. Səndən can istəyirəm, ana, canını mənə verərsənmi, yoxsa “Oğul, Domrul!” – deyə ağlarsan? Ağ üzünə iti dırnaq çalarsan? Qarğı kimi qara saçını yolarsan, ana? Anası burada soylamış, görək, xanım, nə soylamışdır. Anası dedi: Oğul, oğul, ay oğul! Doqquz ay dar qarnımda gəzdirdiyim oğul! Bələyini beşiklərdə bələdiyim oğul! On ay deyəndə yer üzünə gətirdiyim oğul! Doyunca ağ südümü əmizdirdiyim oğul! Ağca bürclü hasarlarda tutulsaydın, oğul! İyrənc dinli kafir əlində dustaq olsaydın, oğul, Qızıl-gümüş gücünə səni qurtarardım, oğul! Yaman yerə gedibsən; gedə bilmərəm, Dünya şirin, can əzizdir, Canımı qıya bilmərəm, yəqin bil!-dedi
·
121 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.