Gönderi

Könlüm səndən dönən deyil, Gəlmir xoşuna gəlməsin. Mən sevirəm qədrimi bil, Nadan tuşuna gəlməsin. Incit necə istər keyfin, Əzabıma baxıb sevin. Ölsəm ağla, qoy heyifin O göz yaşına gəlməsin. Taleyimin üzü sərtdi, Eşqindən dönən namərddi. Unudulmaq yaman dərddi, Gülüm, başına gəlməsin.
Alibala Hacızade
Alibala Hacızade
·
110 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.