Gönderi

384 syf.
·
Puan vermedi
·
5 günde okudu
Doro kiçik qardaşının ölümündən sonra ağır travma alır və depressiya keçirir. Uzun bir müddət sonra anası ilə yeni həyata başlamaq üzrədir. Amma yeni həyata adaptasiya olduğu müddətdə Doro hələ də ətrafdakılara yaxşılaşdığını sübut etməyə çalışır. Ən əsası isə qardaşının öldüyü gecə Dorothea'nın xatırlamadığı, ya da xatırlamaq istəmədiyi hansı hadisə baş verir? Müəllifin qeyd etdiyi kimi, bu əsərdə obrazlar təxəyyül məhsulu olsa da, hadisələrin çoxu "dünyanın əsl üzü"ndə baş verənlərə əsaslanıb. Hər kəsin içində bir qaranlıq var; bəs əsas olan nədir? O qaranlıq tərəflərimizi yalnız düşüncələrdə saxlamaq, yoxsa içimizdəki qaranlıqla mübarizə aparmaq? İndiyə kimi Wulf Dorn qələmindən "Psikiyatrist", "Şizofren", "Oyunbaz" əsərlərini oxumuşam. Müqayisə etsəm, "Hain yüreğim" romanı onların yanında nisbətən sönük qalır. Lakin bu, qətiyyən "Əsəri oxumayın!" şüarı deyil. Çünki ən başlıcası, müəllifin toxunduğu mövzu çox əla bir seçimdir. İkinci nüans isə müəllifin ustalığıdır. Həmişə qeyd etdiyim kimi, bu dəfə də vurğulamaq istəyirəm ki, əsəri oxuduqca hadisələr kino lenti kimi göz önündən keçir; səbəb isə müəllifin təsəvvür lövhəsi yarada bilmək qabiliyyətidir. Bu janrı sevənlər üçün "Hain yüreğim" gözəl seçimdir. Hər kəsə xoş mütaliələr!
Hain Yüreğim
Hain YüreğimWulf Dorn · Pegasus Yayınları · 20152,146 okunma
·
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.