Gönderi

384 syf.
·
Puan vermedi
·
Beğendi
·
28 saatte okudu
Uzun müddətdən sonra ilk dəfə idi ki, heç bir zaman məhdudiyyəti olmadan öz istəyimlə bir kitabı çox tez bir zamanda bitirdim. Əslində bu özü özünə baş vedi. Səbəb isə filmlərini dəfələrlə izlədiyim bu kitabın oxunması zamanı yaranan o tanış hislər idi. Açığı bəlkə də indiki zamanda bu kitab bir çoxuna sadə gələ bilər. Amma mənə hələ də nə baş verəcəyini bilsəm də çox həyacanlı və maraqlı gəlir. Ümumi seriya barəsində fikirlərimi kitabları bitirdikdən sonra ətraflı yazmaq istəyirəm. Amma bu kitab baxımında fantastika və distopiya janrında olan kitablardan oxuması ən rahat olan kitab və ya seriya olduğunu deyə bilərəm. Yazar çox axıcı yazır həmçinin biz hadisələri baş rolun gözündən oxuyuruq deyə bütün gərginliyi də onunla birgə hiss edirik. Həmçinin Katnissin və Peetanın yeri məndə həqiqətən ayrı idi. Mənim kimi ad yaddaşı zəif olan bir şəxs belə illərdir bu obrazların adını unutmur. Bu kitab həm o klişe güclü oğlan və onun köməyinə ehtiyacı olan qız profilinə də təmamilə ziddir. Açığı Katnissi çox ağıllı və bu ağlı düzgün istifadə edib qalib gələ biləcək bir şəxs kimi düşünmək olar amma bunu da unutmamaq lazımdır ki, onun hər mental cəhətdən çətinə düşdüyü anda Peeta var idi. Yəni bu qalibiyyət birgə qazanılıb. Nəysə yazsam çox yazacam amma məncə ardını ikinci kitaba saxlamaq daha yaxşıdı :)
Açlık Oyunları
Açlık OyunlarıSuzanne Collins · Pegasus Yayınları · 200928,9bin okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.