Gönderi

320 syf.
10/10 puan verdi
·
14 günde okudu
Səfillər, 10 mütaliəsi olan və 200 mütaliəsi olan oxucu üçün eyni dərəcədə ağır kitabdır. İnsanların əksəriyyəti bu kitabın adını və müəllifini bilsələr də, 90 faizi kitabı ya oxumayıb, ya da bir neçə səhifədən sonra yarıda saxlayıb. Oxucular psixoloji, mənəvi, ruhi olaraq özlərini hazır hiss etməlidirlər, əks halda kitabı oxuma cəhdi uğursuz olacaq. Ümumi süjet xətti, əsərin səni kuliminasiya nöqtəsinə çatdırdığı zamana qədər səni ona hazırlaması çox möhtəşəmdir. Eyni zamanda, personajların çox olmasına baxmayaraq, oxucunun xəbəri olmadan elə bir yerdə önünə çıxarır ki, bunu alqışlamamaq mümkün deyil. İnqilab dövrünü bütün çılpaqlığı ilə önünə sərməsi sıxıcı görünsə də, həddindən artıq lazımlı məlumatlar verir. Sadəcə özünü hazır hiss et və bütün maneələri gözardı edərək kitabı oxu. Ölmədən bu kitabı oxuyun, ədəbiyyatın ən dərin yerinin necə olduğunu başa düşəcək və həyata baxış tərziniz çox dəyişəcək.
Səfillər (V Hissə)
Səfillər (V Hissə)Victor Hugo · Bakı, Öndər Nəşriyyatı · 2005114 okunma
·
46 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.