Gönderi

320 syf.
7/10 puan verdi
Bu kitabı, əslində, guya bazar günü olacaq kitab müzakirəsi üçün oxumağa başlamışdım, amma o yalan oldu; o vaxta oxuyub qurtarmadım, müzakirə qaldı. Bu Haynrix Böll yaradıcılığından oxuduğum ikinci kitab idi və bəyəndim. Bu spoilerdir, yoxsa yox, bilmirəm, amma kitabın bir plot-u yoxdur və qurtaranda bir az deyindim ki, "yaxşı, bəs bundan sonrası?"; amma sonra su içdim, özümə gəldim və başa düşdüm ki, bu kitabın plot-u olsaydı, elə əsl mənasızlıq orda olardı. Çünki yazıçının burda əsas məqsədi sadəcə həmin dövrün hadisələrindən bir fraqment göstərməkdir. Və bunu doğurdan yaxşı edir. Müharibənin təsiri və fərqli sosial təbəqələrin bu sonrakı dövrlərlə yaşamaq cəhdi, qadınlara olan baxış, "dayı"-lar və "əxlaqsızlıq", film təsvirləri, ümumiyyətlə, təsvirlər. Məncə, tərcümə də yaxşı idi, bəzi yerlərdə ilk dəfə gördüyüm sözlərə də rast gəlirdim, artıq nə qədər düzdürlər, orasını bilmirəm. Kitabın bir adının tərcüməsindən xoşum gəlmədi, məncə, türkcə "Atasız ev" versiyası daha yaxşı idi orginal formasından tərcümədə. Bir də başlarda Nellanın bir hissəsi var idi, oranı film səhnəsi kimi görmək istəyərdim. Son dəfə, bir də, o dondurma kafesini də görmək istəyərdim. O kafe haqqında təsvirlərin olduğu yerə yazdığımı bura yazıram: " Dondurma kafesi mənim üçün Greta Gerwig-in 'Barbie'-si, Sofia Coppola-nın, 'Virgin Suicides-ı', Wes Anderson-un 'The Great Budapest Hotel'-idir."
Kişisiz Ev
Kişisiz EvHeinrich Böll · Teas Press · 2019239 okunma
·
210 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.