Gönderi

Qədim Yunanıstanın incəsənət, yaradıcılıq və ilham tanrısı Apollonun məbədinin üzərində, sizcə, nə yazılıb? Aydındır ki, bu söz bütün incəsənətin, yaradıcılığın sirlərini, ilhamın tükənməyən mənbəyini ehtiva edəcək. Sualın cavabı uzaqlarda deyil, özümüzdə gizlidir. ş Bütün yaradılışın sirri, həqiqətlərin mənbəyi, incəsənət də daxil olmaqla, bütün gözəlliklərin qaynağı özünü tanımaqdadır. Məbədin üzərindəki "Özünü tanı" çağırışı da insanı ən böyük həqiqətə yönəldən ən qədim nida hesab oluna bilər. Özünü tanımaq üçün ən önəmli məqamlardan biri hisslərin bir-birindən ayırd edilməsi, sağlam və yanlış həyəcanların fərqləndirilməsidir. Əmin olun ki, bu sizə həyatınızı dəyişəcək güc bəxş edəcək.
·
37 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.