Gönderi

216 syf.
·
Puan vermedi
SPOYLER MÖVCUDDUR
Arvidin anası Danimarkaya yola düşür, Arvid də anası ilə birlikdə. Bu qısa səfər əsnasında müəllif bizi keçmişə boylanmağa, ana-oğul münasibətlərinə, bu ikilinin keçdiyi həyat yoluna nəzər salmağa məcbur edir. Ana haqqında öyrəndiyimiz məlumatlar isə, maddi sıxıntı içərisində 4 uşaq böyüdür, ofisant sonra isə oteldə xadimə işləyir, övladlarından birini itirir lakin bunlara baxmayaraq heç vaxt şikayətlənmir. Arvid də bunu belə təsvir etmişdi; anam “Kasablan”dakı İnqrid Bermana bənzəyirdi:saçının forması, yanağının zənəxdanı ona bənzəyirdi, amma anam heç vaxt Hamfri Boqarta “İkimizi də düşünməlisən!” Deməzdi. O bunu heç kəsə deməzdi. Dolayısıyla bu cür ananın bu cür oğula sevgi göstərməsi çətin görünürdü. Əslində Arvidin dərdi ana sevgisi yox özü idi. Çünkü onun inandığı hərşey bir-bir məhv olurdu. Növbə ilə hərşeyi əlindən alınır. Evliliyi, uşaqlıq xatirələri… Kitab çox sadə dildə yazılıb, biraz dialoqlara çox yer verilmişdi. Lakin axıcıdır, oxuması asandır.
Zamanın Axınını Lənətləyirəm
Zamanın Axınını LənətləyirəmPer Petterson · Teas Press Nəşriyyat · 0283 okunma
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.