Gönderi

Sonra Sürəyyanı bağrına basaraq içdən gələn bir qətiyyətlə: "Gözlə, mütləq qayıdacam!" - deyə pıçıldadı. Görəsən, bu dünyada uşağa,cavana,qocaya baxmayan istədiyini götürüb özü ilə əbədi məchulluğa aparan "Ölüm" adlı kabusun olduğunu bildiyi halda qayıdacağına niyə bu qədər arxayın söz verdi? Bəlkə,ona görə ki hələ uşaqlığından bəri gah sürətlə çapdığı atın belindən,gah hündür ağaclardan yıxılıb sağ qalanda həmin qüdrətli Ölümün ondan çəkindiyini hiss etmişdi?!
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.