Gönderi

Hamımız 'mədəni insan' maskalarını taxırıq. Amma onu çıxardıb atdığımızda biz nəyik? Haradayıq? Nə tez unuduruq, daha yeni keçdiyimiz bu yüzildə qadınlara səs vermə hüququnun verildiyini, qaralarla ağlara eyni yaşam hüququnun verildiyini? Biz hər şeyi bilən varlıq kimi davranırıq. Amma bilmədiyimiz çox şey var. Heç bir balaca şeyə fikir vermədən küçələrdə gəzirik. Hər şeyi 'mən'in arxa planı olaraq görürük. Bəlkə də yalnız qalmaqdan qorxuruq. Daha Böyük şəklin bir parçası olmaqdan. Başqa ölkələrin yadlarını öldürmək bizim üçün normaldır. Amma bizim itimiz, pişiyimiz bizim üçün doğmadır. Biz özümüzdən başqa bütün canlıları axmaq adlandırırıq. Amma öz davranışlarımızı haklı görmək üçün onları nümunə göstəririk. Asan öldürə bilməli olduğumuz, həmişə öldürmüş olduğumuz bunu doğruya çevirə bilərmi? Yoxsa, bu nə qədər az şey bildiyinizimi göstərər? Ya da düşüncəli olmaqdansa, hücum edən biri kimi davranmağa davam etdiyimizimi Yazıldı: 08.12.2015 15:36 Köçürüldü: 14.04.2018 15:20 Fatima Abbasova
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.