Gönderi

320 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Agatha Christie'nin oxuduğum ilk kitabı idi. Dedektiv əsərləri oxumağı sevdiyimdən bu kitab da məndə böyük maraq oyatdı. Problem yenədə tərcümədə idi. Ümumən kitabın mövzusu gözəl işlənib. Hercule Poirot adlı dedektiv bir gün Renauld adlı birindən məktub alır. Məktubda Renauld onu Parisə dəvət edir və ondan kömək istəyir. Hercule Poirot və onun yaxın dostu Hastings Parisə yola düşürlər. Amma gecikirlər. Renauld artıq həyatda deyildi. Renauld'un qətlini araşdırarkən yeni bir cinayət ortaya çıxır ki, bu da oxucuda yetəri qədər çaşqınlıq yaradır. Qatillər təxmin etdiyim insanlar olmadı. Hətta kitabın sonu o qədər qarışıq bitdi ki, sonradan qatilin kim olduğunu anladım.
Poirot - The Murder on the Links
Poirot - The Murder on the LinksAgatha Christie · Harper Collins Publishers · 20082,835 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.