Gönderi

88 syf.
8/10 puan verdi
Yazarın -Görəsən, olanlar hamısı dejavüdürmü? "yoxsa dejavüdür mənim həyatım?" deyə bitirdiyi cümləylə başlamaq istədim. Kitabı oxuduqca bu cümləni tez tez xatırlayırsan. Çünki hekayə iki paralel şəklində davam edir. Və davam etdikcə özün üçün sonluqlar qurursan və irəlilədikcə düşündüyün sonluqlar da dəyişir. Kitab ümumi olaraq maraqlı və mənə görə uğurlu fikirlərlə dolu idi. Bezmədim və zövq aldım. Təbii ki, bəzi fikirlərin daha da incələnməsini və dərininə varılmasını istədim. Mövzu hamının hislərinə yaxın olduğundan hər kəs üçün yazıldığını düşünürəm. Və ən çox diqqətimi çəkən yazarın tez tez musiqi əsərlərinin adını qeyd eləməsidir ki, yazar bunu qeyd edərkən həmin musiqiləri dinləyir. Kitab sadə və boş zamanlarınızı dəyərləndirə biləcəyiniz kitabdır. Xoş mütaliələr.
Dejavü
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201821 okunma
··
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.