Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

304 syf.
8/10 puan verdi
Bəlkə bizdən daha güclü bir varlıq beynimizlə oynayır! Bəlkə yuxular yuxu deyil, fərziyyələr fərziyyə deyil... Bəlkə də bütün bunlar gerçəkdir. Gerçəkmi? Yuxumu? Şamanizm yoxsa paralel həyatmı? Hadisələr Susuzqaya və Pınarbaşı kəndlərində cərəyan edir. Biri cəhənnəm, digəri isə cənnət və bu kəndləri ayıran Abançay adlanan cənnət ayrıcı. Nə baş verir bu kəndlərdə? Köhnə adət ənənələrə sitayiş edən, ölülərini quzğunlara yedirdən kəndə, Pınarbaşı kəndindən heç kim yaxınlaşmır, hətta oranı lənətlənmiş yer adlandırırlar. Oranın qorxusu sanki qanlarına-canlarına hopub. Çünki 23 il əvvəl bu kənddən olan 4 gənc Susuzqayaya gəzintiyə çıxırlar və müəmallı şəkildə qətlə yetirilir bu gənclər. Və həmin ildə, həmin gündə dünyaya gələn digər 3 oğlan uşağı... bəs onları bir birinə bağlayan nədir? 23 il sonra hər 3 gənc kəndə bənd tikintisində təcrübəyə gəlir. Onları nə birləşdirir və keçmişdə baş verən ölüm hadisəsi ilə hansı əlaqələri ola bilər? Son səhfələri təəccübləndirdi. hər kəsə xoş mütaliələr. qəbul elədiklərinə uyğun gəlməyən hər kəs və hər şey insana qəribə görünür Həyat adlandırdığımız qurğu, əslində, beyindən və şüurdan ibarətdir, amma biz yalnız beynimizi tanıyır, onunla birgə mövcud olduğumuzu güman edirik.
Cennet Ayracı
Cennet AyracıMehmet Mollaosmanoğlu · Profil Yayıncılık · 2014190 okunma
·
137 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.