Həzin bir nəğmədir ürəyimdəki,
Elə hey çağlayar, elə hey daşar,
Yarsan- ürəyimdə asta gəz, həkim,
Birdən bıçağına arzum dolaşar.
Ovcuna çilənsə, qorxma, qan deyil-
Büllur bir sevdadır axar sinəmdən,
Mənim ki ürəyim damardan deyil,
Asılmış bir qızın hörüklərindən...