37MM Gönderileri

37MM kitaplarını, 37MM sözleri ve alıntılarını, 37MM yazarlarını, 37MM yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həyatı boyu çox az məqam olmuşdu ki, özünü bu qədər müdafiəsiz, ancaq rahat hiss etsin. Rahat yox, bəlkə də, azad. Ya da hər ikisi eyni şey idi.
Sayfa 204 - Nebula Publishing HouseKitabı okudu
"Çıxan milyonlarla sənət işindən bir çoxunun müəllifinin adı, ümumiyyətlə, bizə maraqlı deyil. Onların ad olaraq kimə məxsus olması önəmli deyil. Əsas onların işıq üzü görməsi, ortaya çıxan işin kütləyə çatdırdığıdır. Əyləncə, düşüncə və emosiyalardır."
Sayfa 193 - Nebula Publishing HouseKitabı okudu
Reklam
Söz və fikir azadlığı o qədər inkişaf etmişdi ki, nəticəsi fikir dəyərsizliyi idi.
Sayfa 170 - Nebula Publishing HouseKitabı okudu
"O, Linkoln kimi milyonları azad etməmişdi, Musatək dənizi yarmamışdı. O, daxilimizdəki dostluğun, sevginin gücünü azadlığa buraxmışdı."
Sayfa 166 - Nebula Publishing HouseKitabı okudu
"Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini illər uzunu saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir. Təkrarolunmaz nailiyyət. Hər bir rejissorun, hər bir incəsənət xadiminin bir şedevri, bir Maqnum Opusu olur. Hər birimizin də bir Maqnum Opusu var. Həyat!"
Sayfa 164 - Nebula Publishing HouseKitabı okudu
"Axı, görəsən, insanlara heç olmasa bir dəfə xəyallarını gerçəkləşdirmək üçün fürsət niyə verilmirdi? Bəlkə də, verilirdi, ancaq bu fürsəti insanlar görə bilmirdi."
Sayfa 163 - Nebula Publishing HouseKitabı okudu
Reklam
70 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.