44 Fəsil

Kolektif
Bu kitab Azərbaycan tarixinə əbədi yazılacaq 44 günün möcüzələrindən bəhs edir. 44 günün möcüzələri deyəndə göz önünə Vətən müharibəsi, torpaqlarımızın azadlığı, müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin misilsiz qəhrəmanılığı, igid qazilərimizin düşmənə dərs olan şücaəti, rəşadətli Azərbaycan Ordusunun dünya hərb tarixinə yazılacaq parlaq qələbəsi və bu arzuların çin olması üçün Ali Baş Komandanın müdrik sərkərdə istedadına güvənərək, onun rəhbərliyi altında yumruq kimi birləşərək, düşmənin başına “Dəmir yumruq” endirən Azərbaycan xalqının dəyanəti gəlir təbii ki... Kitaba daxil edilmiş hekayələri oxuduqca haldan-hala düşəcək, gah sevinib fərəhlənəcək, gah da mütəəssir olub kövrələcəksiniz. Burada müxtəlif müəlliflərin hərəyə bir hekayəsi olmaqla 44 əsər toplanıb. Bu hekayələrdə 44 günlük müqəddəs savaşın ayrı-ayrı epizodlarının, şəhid, qazi və əsgər valideynlərinin, döyüşçülərin, əzizlərini Vətən uğrunda döyüşə yola salmış insanların hiss və həyəcanlarının hər müəllifin özünəməxsus istedad və ustalıqla qələmə aldığı bədii təsvirini görəcəksiniz. Bu kitab dünyada dillərdə dastan olmuş 44 günlük savaşda xalqımızın gücünü və rəşadətini vəsf etmək yolunda bir töhfədir, möhtəşəm Qələbəmizə bir heykəldir. İnanırıq ki, bu yazı abidəsi oxucuların zövqünü oxşayacaq.
Yazar:
Kolektif
Kolektif
Tahmini Okuma Süresi: 10 sa. 26 dk.Sayfa Sayısı: 368Yayınevi: Teas Press
ISBN: 9789952540345Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
368 syf.
10/10 puan verdi
·
13 günde okudu
...Atasını o dünyaya yola salanda o da ağlamadı! Ancaq atasının ona verdiyi dərs deyəsən burda işləmədi -ona "yaxşı, day get, gecikərsən birdən", - deyə bilmədi. Çox sonralar anladı. Qarabağda İkinci savaş başlayanda. Atası "yaxşı, day get, birdən gecikərsən" deyəndə iki illik hərbi ayrılıqdan heç olmasa bir dəqiqə, bəlkə, dörd beş saniyə tez dönməyini istəyirmiş... O da öz oğlunu əsgərliyə yola salanda anladı. Atasından sonra ilk dəfə ağladı... Hər vaxtınız xeyirli olsun. Bu kitabı əlimə alanda bildim ki, mən bu kitabın yükünü rahat qaldıra bilməyəcəm. 44 günlük müharibənin ağrısını təsviri olsa da öz içimdə hiss etdim. 44 tesviri hekayə ilə müharibənin arxa planını bizlərə azacıq da olsa çatdırmağa çalışan yazarlarımız bəzən şəhid ana, bəzən şəhid atası, bəzən şəhid yoldaşı oldular kitabda. Bəzi hissələrində içimdə dərin ağrı hiss etdim. Şuşanın alınmasına dair təsvirlərə də geniş yer verilən kitabı oxuyarkən özünüzü bir an o müharibənin içində vuruşan qəhrəmanlardan biri kimi hiss edəcəksiniz. Tarix yazan qəhrəmanlarımızın xatirəsinə belə kitabların yazılaraq, gələcək nəsilə miras kimi buraxmağı məncə qarşımıza məqsəd qoymalıyıq. Kitabin alıntı postunu ayrı paylaşacam. #book #kitab #kitap #vatan #karabakhisazerbaijan #şuşa #savaş #bayraktar #umut #bookblogger
44 Fəsil
44 FəsilKolektif · Teas Press · 011 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.