Adsız Tablo

Elxan Elatlı

Yüksek Puanlı Adsız Tablo Yorumları ve İncelemeleri

Yüksek Puanlı Adsız Tablo sözleri ve alıntılarını, yüksek puanlı Adsız Tablo kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.210 üzerinden
148 Kişi · 16 İnceleme
272 syf.
10/10 puan verdi
·
Beğendi
Tanınmış detektiv yazıçı Elxan Elatlının bizə təqdim etdiyi möhtəşəm romanından biridir sadəcə bu əsər.İstedadlı rəssamın faciəli qətlindən və bu qətlin sirrinin qəribə bir təsadüf nəticəsində açılmasından bəhs edir.Eyni zamanda insanda qısqanclıq hissi,ər-arvad problemləri,məhəbbət,xain xislətli adamların psixologiyası kimi məsələlər əsərdə ön plandadır.Kitabda ən çox bəyəndiyim hissə isə epiloq əvəsi hissədir.Bir sözlə hər kəs mütləq bu kitabı əldə edib oxumalıdır.🫂
Adsız Tablo
Adsız TabloElxan Elatlı · Elgün · 2013554 okunma
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Möhtəşəm bir kitab idi. Kitab Fəxri adlı rəssamın qətlindən bəhs edir. Qətlin kim tərəfindən törədilməsi müammadır. Lakin bütün kitablarda olduğu kimi, bu kitabda da Qanbay Qasımlı öz işini layiqincə edərək gerçək qatili tapır. Bu sırada günahsız yerə bütün dəlillər Cəfər adlı qonşusunu göstərirdi. Həmçinin Cəfərin həyat yoldaşı Əsmərdə yalan şayələr üzündən çıxılmaz vəziyyətə düşmüşdü. Qanbay Qasımlı ilk dəfə çıxılmaz bir yola düşür. Və sadə görünən,amma qarmaqarışıq olan bu işi həll etməkdə çətinliklər çəkir. Amma sonda diqqətindən qaçan kiçik bir nüansı göz önünə qoyduğunda bütün sirri açır. Kitabı oxuyarkən həm təəccüblənəcək, həm də qəzəblənəcəksiniz. Çünki Aybikə adlı obraz insana qəzəb və qaranlıq hisslərdən başqa heç nə bəxş etmir.
Adsız Tablo
Adsız TabloElxan Elatlı · Elgün · 2013554 okunma
Reklam
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Son..
Və bu möhtəşəmlik də bitdi. Və həmişəki kimi epiloq hissəsini ağlamaqla bitirdim.. Həmişə Elatlının kitablarını bitirdikdən sonra düşünürəm ki həqiqətən insan necə də qəribə bir canlıdı. Hətta bunu da deyim ki Elatlının hər hansısa bir əsərini bitirərkən özümü sanki hər şeyi dərk etmiş kimi hiss edirəm. Bilirəm ki mən heç nəyi bilmirəm. Nə də heç vaxt hər şeyi bilməyəcəm. Bu sadəcə mümkünsüzdür. Amma onun ölümü vurğulamağı var ki insan özünü çox qəribə hiss edir. Həqiqətən çox qürur hissi ilə deyirəm ki, yaxşı ki Elxan Elatlı kimi bir yazarımız var. Yaxşı ki! Elatlının elə məhz bu kitabda vurğuladığı kimi: Sənətkarlara sağlığında qiymət vermirlər. Bəli, Elatlı da öz sənətinin sənətkarı idi. Və ona bu ölkədə dəyər az verilirdi...
Adsız Tablo
Adsız TabloElxan Elatlı · Elgün · 2013554 okunma
272 syf.
10/10 puan verdi
SPOİ.
Bir insan niyə qətl törədər? İntiqam üçün? Ola bilər. İçindəki kin'də nifrət'də o qədər boğular ki insan bu qaranlığ okeanda boğulduqca səbri tükənər özündən çıxar və öldürər. Qorxduğu üçün? Oda ola bilər. Qorxar nə edeceyini bilməz və istəmədən və ya istəyərək çarəsizlik səbəbiylə öldürər. Ya da öldürməkdən zövq alır deyə öldürür?
Adsız Tablo
Adsız TabloElxan Elatlı · Elgün · 2013554 okunma
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Salam baslarda sıxıcı gelirdi amma her zamanki kimi mükemmel idi.Hetda ortalarda qatilin kim olduguna bele tam emin olursan ve tebii olaraq dusunmeyen sonluq yanildigini gorursen.bir sözle her zaman oxunmaga deyer mukemmel
Adsız Tablo
Adsız TabloElxan Elatlı · Elgün · 2013554 okunma
Reklam
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.