Aljir Gönderileri

Aljir kitaplarını, Aljir sözleri ve alıntılarını, Aljir yazarlarını, Aljir yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sürüdəki zəifləri parçalamaq adi haldır. Ancaq güclüləri parçalamaq, bax, bu, əsl cəsarət tələb edir.
Yalnız bir məsələni dəqiq bilirdi: zamanı bilmək insanı yaşadırmış. İnsan övladı zaman anlayışının daxilində yaşarmış.
Reklam
Cəsarət! Bəlkə də, mənim etdiyim bu hərəkət cəsarətdir. Öz hisslərimə meydan oxumaq, öz zəifliyimə təslim olmamaq, bəlkə, budur cəsarət. ... Məgər mübarizəni, inqilabı seçən qadın cəsarətsiz olar?...
Bütün imperiyaların məhvə məhkum olduğunu görmüşük...
SÜKUTU PAYLAŞMAQ!
... üzü dənizə, mənimlə sükutu paylaşmaq istərsənmi?
AZADLIQ - BOĞAZIMIZDAKİ ZƏNCİRİN UZUNLUĞU QƏDƏR!
- Kommunizmin millətçiliklə əlaqəsi yoxdur, - Sakit etiraz etdi. Eminbəyli isə istehza ilə: - Yadında saxla, bütün kütlə hərəkatlarının kökündə millətçilik durur. Bunu necə sübut edə bilərsən? - Fərhad qaşlarını çataraq dilləndi. - Musanın zamanından əsir ibranilərin Misirdən çıxarılmasından tutmuş, yapon şovinizminə qədər hər şeyin kökündə millətçilik adlanan bir din, bir inanc yatır. Bir millətin digərini istismar etməmək haqqının qabardılması. Budur. XVI əsrin reformasiyasına baxaq. Dini hərəkat kimi başladı, amma mesaj nə idi? Lüter deyirdi ki, italyanların gözündə biz almanlar axmaq german donuzlarıyıq. Bizi fırıldaqçı kimi oynadır və ölkəmizi iliyinə qədər sümürürlər. Oyan, Almaniya! Hə, biz bolşeviklərin onlardan fərqi nədir? Uğrunda çarpışdığımız müqəddəs amallar nəyə qulluq edir? Ətrafa baxın, gizli repressiya hamımızı ələyir. Yaxşı, hansı cəbhəyə qulluq edirik? Qazancımız: Zəncirimizin uzunluğu qədər azadlıq...
Reklam
556 öğeden 531 ile 540 arasındakiler gösteriliyor.