Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Baş Nazirin Xanımı

Vilayət Quliyev

Baş Nazirin Xanımı Gönderileri

Baş Nazirin Xanımı kitaplarını, Baş Nazirin Xanımı sözleri ve alıntılarını, Baş Nazirin Xanımı yazarlarını, Baş Nazirin Xanımı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Şəfiqə xanım 1950-ci illərə aid qeydlərin sonunda iri hərflərlə “SUDAMISAN, TORPAQDAMISAN, NƏSİB? ƏTRAFIN NURLA DOLSUN!” sözlərini yazmış və uzun onilliklər çəkən fasilədən sonra ilk dəfə gənclik dövründə sevə-sevə istifadə etdiyi soyadı ilə “Şəfiqə Qaspralı Yusifbəyova” imzasını atmışdı.
Şəfiqə xanımın xatirə qeydlərindən birində oxuyuruq: “1920-ci il mayın ilk günlərində təbdili-qiyafət edərək (paltarını dəyişərək) ata minib qərarlaşdırılan səmtə yollanan Nəsib Kürdəmir yaxınlığında yoxa çıxdı. Kürdəmirdən kiçik bir məktubunu aldım. Gətirən məndən, mən də ondan qorxa-qorxa açıb oxudum. Sağ-salamat gəlib Kürdəmirə çatdığını xəbər verir, Kürü keçmək üçün bərə gözlədiyini yazırdı. Ondan sonra nə bir səs, nə də bir nəfəs gəldi…”
Reklam
“…Mən də səndən və Niyazidən ötrü darıxıram. Hər səhər yuxudan duranda sizi yanıma çağırmaq istəyirəm. Burada hər gün yağış yağır. Anbarımıza su dolub. Niyaziyə söylə, qonşu qızlar gəlib əməc-köməc yığırlar, gilasımızı, əriyimizi dərirlər. Mən onu (Niyazini) bağbanlıqdan çıxaracağam. …Evimizə gəlin, sənə də bir royal alacam. Yavaş-yavaş Nigar xalandan öyrən. Gələndə çalarsan, atan da dinlər. Müəllimin də sənə salam söyləyir. Deyir ki, hər gün dərslərini oxusun. Qızım, həm də qardaşına bax! Artıq böyük qız oldun. Təkbaşına küçəyə çıxmağa qoyma. Sözünə qulaq asmasa, mənə yaz. Zöhrə, sənin və Niyazinin gözlərindən öpürəm. Atanız Nəsib”
Nəsib bəy Yusifbəylinin doqquz yaşlı qızı Zöhrəyə ünvanladığı məktubdan hissələr.Kitabı okudu
Vilayət Quliyev Baş Nazirin Xanımı
Xatirələrində bütün bu qeyri-müəyyənliyə bir daha diqqəti çəkən Şəfiqə xanım 1950-ci illərə aid qeydlərin sonunda iri hərflərlə "SUDAMISAN, TORPAQDAMISAN, NƏSİB? ƏTRAFIN NURLA DOLSUN!" - sözlərini yazmış və uzun onilliklər çəkən fasilədən sonra ilk dəfə gənclik dövründə sevə-sevə istifadə etdiyi soyadı ilə "Şəfiqə Qaspralı-Yusifbəyova" imzasını atmışdı.
Sayfa 92 - Qanun NəşriyyatıKitabı okudu
Vilayət Quliyev - Baş Nazirin Xanımı
"Şefi! Sənə çəkdirdiyim bunca iztirabları unutmağını istəməyə haqqım çatırmı? Hər halda mənə nifrət etməyə əsasın var. Özüm barədə nə yazacağımı bilmirəm. Həyat məni bəlkə də layiq olmadığım mövqeyə yüksəldib. İndi Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Hər kəsdən hörmət görürəm. Amma özümü xoşbəxt saymıram. Uşaqları xatırladıqca varımdan yox oluram. Yuxum ərşə çəkilib, rahatlığım itib. Hansımızın daha çox günah işlədiyini bilmirəm. Bildiyim tək şey ortalıqda bir xətanın olmasıdır."
Sayfa 77 - Qanun Nəşriyyatı, Nəsib bəyYusifbəyliKitabı okudu