Loren Oliver-Yıxılmadan öncəki mən
Bu kitabı oxumadan əvvəl onun belə möhtəşəm olacağını təsəvvür etmirdim.İlk 90 səhifə düşündüm ki,sadə və əyləncəli dildə yazılmış romandır.Hər şey II fəsildən sora başlayır desəm yanılmamış olaram.
Mənə qatdığı düşüncə və hissiyata görə-insanın həyatı boyunca adiləşən,hər gün təkrarlanan hadisələrin belə əslində necə dəyərli və səni necə xoşbəxt etdiyini anlamırsan.Və bu həyatın bir gün bitməsini düşünmədən yaşamağa davam edirsən.İnsanları adı bir sözlə,xırda bir hərəkətlə də sevindirməyin mümkün olduğunu hiss etdirir.
Yaşamalı olduğunuz həyatın daha maraqlı və unudulmaz olması sizin əlinizdədir.Bu həyatda məqsədlərinizin və arzularınızın olması isə çox vacibdir.Yoxsa,sadəcə bir ot,bir ağac və bir qurddan fərqimiz olmur deyə düşünürəm.Verilən şansın sadəcə bir dəfə olduğunu unutmadan yaşamaq diləyirəm hər birinizə.