Katerin Əplqeyt -Tək və Yeganə Ayvan
Kitab o qədər gözəl o qədər cəlb edici idiki,eyni anda kitabı həm oxumaq istəyirdim, həmdə kitabı bitirmək istəmirdim. Kitabi ilk dəfə idi görürdüm uşaqlar üçün yazılsa da mən dəhşətli dərəcədə bəyəndim.Hətta 3-4 saat içində oxuyub bitirdim. Kitabin tərcüməsi, şəkilləri hədsiz yaxşı idi
Keçək kitabın mövzusuna
Kitabda balaca bir əyləncə mərkəzində yerləşən sirkdən və bir sirkdə yaşayan Ayvan (qoril),Stella(fil) və Bob (sahibsiz itindən) bəhs edir. Elə əsər qorilin dilindən danışılır.Onlarin uşaqlıqlarindan taki bu sirkə necə gəldiklərinə qədər bəhs edilir.Və burda Culya adlı təmizlik işçisinin qizida var.Culya hər gün atası ilə birgə bura gəlir və maraqlı şəkillər çəkir və hətta bir dəfə özünün rengli
karandaşlarindan, kağızından qorilə də verir. Və beləliklə qoril özü üçün rəsm çəkməyə başlayır. Bu heyvanlar öz təbiətləri üçün darixmir,heç o barədə bele düşünmürdülər. Taki sirkə bala fil Rubinin gəlişi ilə her şey dəyişdi.Kitab fərqli axarinda sürətlə irəliləməyə başlayır və necə bitdiyini heç hiss eləmir. Sonu isə o qədər gözəl və yerinde bitirki.
Ps:Ayvan həqiqətən 27 il əyləncə mərkəzində yaşamış, ictimaiyyətim etirazı ilə zooparka köçürülmüşdür.Bir sözlə kitabda danışılan heyvanlar həyatda həqiqətən varlar.