Bəhanələrə Yox!

Brian Tracy

En Beğenilen Bəhanələrə Yox! Gönderileri

En Beğenilen Bəhanələrə Yox! kitaplarını, en beğenilen Bəhanələrə Yox! sözleri ve alıntılarını, en beğenilen Bəhanələrə Yox! yazarlarını, en beğenilen Bəhanələrə Yox! yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sədaqət
Evlilik üçün tələb olunan başqa bir şərt də sədaqətdir. Hal-hazırki cəmiyyətimizdə bizi xəyanətə sövq edən saysız amillər var. Bütün bunlara güc gəlmək üçün isə ailəyə sonsuz sədaqət tələb olunur. Sevgi və ailə münasibətlərini təhlükəyə məruz qoyan məkrli cazibələrdən yayınmağın iki yolu vardır. Birincisi, heç zaman ailənizə xəyanət etməyəcəyinizi özünə söz verməkdir. İkincisi isə sadəcə bu cazibələrdən uzaq gəzməkdir. Sizi yolunuzdan azdıracaq yerlərə, yığıncaqlara getməkdən imtina edin. İşgüzar münasibətlər istisna olmaqla, əks cinsin nümayəndələri ilə təklikdə nahar etməkdən və ya içki içməkdən yayının.Daim, harada olmağınızdan asılı olmayaraq həyat yoldaşınızı yanınızda və sizin etdiyiniz hər bir hərəkəti gördüyünü və dediyiniz hər bir sözü eşitdiyini təsəvvür edin. Təsəvvür edin ki, hara getməyiniz və nə etməyiniz iyirmi dörd saat ərzində həyat yoldaşınıza məruzə ediləcək. Son dərəcə sədaqətli həyat yoldaşı reputasiyası qazanmaq üçün bütün iradənizi və daxili-intizamınızı tətbiq edin.
Sayfa 226Kitabı okudu
Yalnız siz sevə bilsəydiniz o zaman dünyanın ən güclü adamı olardınız.
Reklam
Bu qədər sadə))
"Bir adamın üzünə deyə bilməyəcəyiniz sözü dalınca danışmayın...."
Sayfa 251Kitabı okudu
Qadının kişidən istədiyi əsas şey maraqdır. Bu maraq, qadın danışan zaman kişinin diqqətlə qulaq asması for-masında təzahür edir. Diqqətiniz daim yüksək qiymətləndirdiyiniz şeyə yönəldiyindən, qadın danışarkən ona diq-qətlə qulaq asmaqla onun sizin üçün dəyərli olduğunu vurğulamış olursunuz. Bu qadının ən böyük alt şüur ehtiyacını -dəyərli, qiymətli və hörmətli olmaq ehtiyacını ödəyir.
Acı həqiqət işə ondan ibarətdir ki, heç kim bir yerdə dayanmır, ya daha yaxşı olmaq istiqamətində irəliləyir ya da üzü aşağı yuvarlanaraq pisləşir.
Daxili intizam, istəyinizdən asılı olmayaraq lazım olan işi görmək bacarığıdır. Beləliklə, daxili intizam şəxsi inkişafın açarıdır. Bu, bütün qapıları açan və hər şeyi mümkün edən möcüzəli xüsusiyyətdir.
Reklam
520 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.