Bəhanələrə Yox!

Brian Tracy

Bəhanələrə Yox! Gönderileri

Bəhanələrə Yox! kitaplarını, Bəhanələrə Yox! sözleri ve alıntılarını, Bəhanələrə Yox! yazarlarını, Bəhanələrə Yox! yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ralf Valdo Emerson yazmışdır:
“Hərəkətləriniz o qədər ucadan danışır ki, sizin özünüzün nə dediyinizi eşidə bilmirəm!”
Sədaqət
Evlilik üçün tələb olunan başqa bir şərt də sədaqətdir. Hal-hazırki cəmiyyətimizdə bizi xəyanətə sövq edən saysız amillər var. Bütün bunlara güc gəlmək üçün isə ailəyə sonsuz sədaqət tələb olunur. Sevgi və ailə münasibətlərini təhlükəyə məruz qoyan məkrli cazibələrdən yayınmağın iki yolu vardır. Birincisi, heç zaman ailənizə xəyanət etməyəcəyinizi özünə söz verməkdir. İkincisi isə sadəcə bu cazibələrdən uzaq gəzməkdir. Sizi yolunuzdan azdıracaq yerlərə, yığıncaqlara getməkdən imtina edin. İşgüzar münasibətlər istisna olmaqla, əks cinsin nümayəndələri ilə təklikdə nahar etməkdən və ya içki içməkdən yayının.Daim, harada olmağınızdan asılı olmayaraq həyat yoldaşınızı yanınızda və sizin etdiyiniz hər bir hərəkəti gördüyünü və dediyiniz hər bir sözü eşitdiyini təsəvvür edin. Təsəvvür edin ki, hara getməyiniz və nə etməyiniz iyirmi dörd saat ərzində həyat yoldaşınıza məruzə ediləcək. Son dərəcə sədaqətli həyat yoldaşı reputasiyası qazanmaq üçün bütün iradənizi və daxili-intizamınızı tətbiq edin.
Sayfa 226Kitabı okudu
Reklam
Xoşbəxt ailənin sirri
Yəqin ki, möhkəm ailənin əsas şərti uyğunluqdur. Kişi və qadının xarakterləri uyğun olduqda, bir-birlərini  tamamladıqda ailə mükəmməl və möhkəm olur. Adətən deyirlər, "əks qütblər cəlb edir". Çox zaman bunu düzgün anlamırlar. Əks qütblər yalnız bir halda bir-birlərini cəlb edirlər ki, bu da temperamentdir. İnsan yalnız balans təşkil edəcək əks temperamentə malik insanla uyğunlaşa bilir. Misal üçün əgər siz ünsiyyətcil və çoxdanışan adamsınızsa sakit və qulaq asmağı xoşlayan adamla daha yaxşı yola gedəcəksiniz. Təbiət iki adamın xoşbəxt olması üçün onların temperamentlərinin balans təşkil etməsini və uyğunluğunu tələb edir.
Sayfa 220Kitabı okudu
Giriş...
"Uğursuluq üçün minlərlə bəhanə olduğu halda bircə dənə də olsun real səbəb yoxdur". ~Mark Tven
Vaxtın İdarə Edilməsi
Sonra siyahınıza A, B, C, D, E metodunu tətbiq edin: A - Vacib – ciddi nəticələr B - Orta – orta səviyyəli nəticələr C - Görülməsi təqdirə layiqdir D - Sonraya saxlamaq olar E - Hələki vaxt sərf etməyə dəyməz
Sayfa 184Kitabı okudu
"Ən böyük qələbə özünə qalib gəlməkdir." -Platon
Sayfa 25
Reklam
520 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.