Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Birimizə Demədiyimiz Sözlər

Marc Levy

Yorumlar ve İncelemeler

Tümünü Gör
382 syf.
8/10 puan verdi
·
35 günde okudu
5 dəqiqəlik də olsa doğru düzgün söhbət etməklə yanlış anlaşılmaları kökündən həll etmək əvəzinə hər zaman qürurumuza sığınırıq, həyatımızda olanların qədrini vaxtında bilmək varkən hər zaman onları birdəfəlik itirdikdən sonra başımız daşa dəyir və onda dərk edirik əslində gözümüzdə böyütdüyümüz hər kiçik problemin onların varlığının yanında heçnə olduğunu. Kitab o qədər möhtəşəm idi ki, sıradan görünsə də hər sətrini hiss edərək oxudum və sonunda necə ağladımsa hələ də təsirindən çıxa bilməmişəm. Sadəcə kitabın sonunun gözlənilməz olması məni qismən sevindirsə də Entoninin aqibəti müəmmalı qaldı. Spoiler vermək istəmirəm, amma ki demək olar ki kitabda baş verənlər incə düşünülmüşdü, hər bir məqam gözlənilməz və həyəcanlı idi. Kitab o qədər axıcı idi ki bəlkə də imtahanlar olmasaydı birdəfəyə oxuyub bitirmişdim.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
Reklam
324 syf.
·
Puan vermedi
·
10 günde okudu
Həyat qısadır bizim isə bir birimizə demədiyimiz sözlər çoxdur.
İllər öncə aldığım kitabı və hər dəfəsində başlayıb yarıda saxladığım bu kitabı nəhayət bitirdim.Kitabı bitirdikdən sonra içimdə böyük bir sıxıntı yarandı. Və ilk kitab idi ki, mənə belə bir sıxıntı yaşatdı. Özümə hər dəfəsində bu sualları verdim. Niyə bu kitabı yarımçıq qoydum? Niyə oxumaq üçün səy göstərmədim? Məgər o qədər maraqsız idi ? Məgər oxunulmayacaq bir kitab idi ? Təbii ki, kitab heç də, maraqsız və oxunulmayacaq bir kitab deyildi. Düşünürəm ki, kitabı bəlkə də, o vaxtlar oxusam həm də anlamadan bitirsəm bu qədər mənalı olmazdı. Ancaq indi çox yaxşı anladım. Çünki anlamaq üçün yaşamaq lazımdır o hadisəni. Culiya məncə çox şanslı idi. Həyatın başlanğıcında nə yaşadığın elə də önəmli deyil, əsas önəmli olan sonunun necə olacağıdır. Həmişə bu düşüncədə olmuşam. Ola bilər Culiya həyatının başlanğıcında çətin anlar yaşadı ancaq ,son anda həyat ona öz gözəl hədiyyəsini bəxş etdi. Bəzi sözlər var ki, insan onu dilə gətirə bilmir. Bəlkə dilə gətirsə rahatlayar ancaq o rahatlamaq əvəzinə qəlbinin ən dərinliklərində saxlayıb acı çəkməyi qəbul edir. Təxirə salınmağa layiq olmayan kitabsan. Sadəcə yaxşı ki, oxudum deyə bilərəm .
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
·
Puan vermedi
·
14 günde okudu
Kitabın mövzusu ilə tanış olmamış mən tam fərqli fikrə sahib idim. Amma tanış olduqdan sonra fikirlərim tamamilə dəyişdi. Mövzu cəhətdən dəyərləndirsək əgər lazımınca oxucunu içinə çəkən və axıcı idi. Mənim diqqətimi çəkən əsas nüans isə Adamın hislərinin bu qədər oxucuya dəyərsiz çatdırılmasıdır. Mövzunun necə bitəcəyi əvvəlcədən təxmin olunsa da necə deyərlər kitan insanı hipnoz etməyi bacarır. Bəs bütün bu yazdıqlarından əlavə bu kitabdan nə nəticə çıxardın desələr, cavabımda. " Bu həyatda bəzi şeylər insanın başına bir dəfə gəlir, bəzi şanslar insana sadəcə bir dəfə verilir. Hələ gec deyilkən, hələ hərşey tam bitməmişkən cəhd etmək lazımdır" deyərdim. Və ən son bundan bir neçə əvvəlki incələməlirimin birində də qeyd etdiyim kimi eyni kitab zövqünə sahib olduğun insanlarla qarşılaşmaq bir möcüzədir və mən bu möcüzəni tutumuşam,deyəsən.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
·
Puan vermedi
·
11 günde okudu
Mark Levi ilə ilk tanışlığım dəyərli dostlarımın bu kitabı mənə hədiyyə etməsi ilə oldu. Kitab həqiqətən çox maraqlı idi, hətta gözyaşlarımı saxlaya bilmədiyim anlarda oldu. Əsərdə bir neçə mövzudan bəhs edilir: ata-övlad münasibəti, sevgi,həyatımızda tamamlanmamış bəzi hadisəlar və hisslər. Kitab gözlənilməz sonluqla bitti. Əslində bitməyin heç istəmirdim. Valideynlərimizi, nəyinki valideynlərimiz həmçinin digər həyatımızda varlığı vacib insanları bilib-bilmədiyimiz səbəblərə görə qınamamalıyıq ən azından onlar yanımızdaykən onlarla açıq söhbətlər edib bir-birimizə demədiyimiz sözləri vaxtında deməliyik.Kitab həyatda daha cəsarətli,qərarlı olmağı, insanlara hər anın, yaxınlarımızın dəyərini bilməyi oxuculara göstərməyə çalışır. Qısaca oxuculara mütləq ki nələrsə qatan bir əsərdir.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
Reklam
383 syf.
8/10 puan verdi
·
14 günde okudu
kitabı oxuyarkən bəzi məqamlarda özümü gördüm deyərdim. Ümumən çox axıcı, maraqlı kitab olsa da, sonu daha fərqli ola bilərdi, Entoninin sonunun necə olduğunu öyrənməyi çox istərdim
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
10/10 puan verdi
·
Beğendi
·
44 günde okudu
Öncəliklə, bu kitabı mənə çox çox dəyər verdiyim bir insan hədiyyə vermişdi 2 il öncə və mən o vaxt sadəcə mənim oxuduğum janra yaxın olmadığını deyib oxumadım qoydum bir kənara. Çox yanılmışam, kitab çox gözəl kitab idi. O insan mənimlə deyil, amma hələ də dəyər verirəm. Ümid edirəm hiss edərsən təşəkkürümü, çox sağ ol gözəl kitabı mənə verdiyin üçün.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
·
Puan vermedi
Mark Levinin oxuduğum ilk kitabı idi və kitabı ümumən bəyəndim.Bu arada kitab heç sıxıcı deyildi. Gəlek kitabın mövzusunaa(spoiler verməyəcəm): Juliya adlı qız evlilik yolunda irəliləyir və nə təsadüfki tam evlənəcəyi gün atası vəfat edir.Kitabı oxuyanda çoxda təsadüf kimi gəlməyə bilər sizə.Mənədə biraz elə gəldi.Bu nə qədər acı bir şey kimi səslənsədə, bəlkə də Juliya üçün bu bir şans idi.Bəlkədə Juliya onun sayəsində deyə bilmədiyi sözləri dedi.Nədə olsa hər kəsin qarşısındakına deyə bilmədiyi sözləri olur. Görəsən bu bir şans idi? Yoxsa təsadüf? Kitab çoxx axıcıldır.Səhifə sayından qorxmayın.Mütləq oxuyun
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
9/10 puan verdi
·
Beğendi
Bir-birimizə demədiyimiz sözlər…
Sonuu çoox möhtəşəm idi.Düzdü Culiyanın atasına qarşı çox aqressiv olması bir az əsəbləşdirdi məni amma onun da özünə görə haqlı səbəbləri var idi.Ümumiyyətlə çox bəyəndiyim və xatirələrimdə çox gözəl qalcaq bir roman oldu.insanların dəyərini zamanında bilməyi bir-birimizə vaxtında diqqət ayırmağın lazım olduğunu vurğulayan roman. Filmi 4 ay olar ki çıxıb ona görə dublyajın tapa bilmədim amma qısa zamanda filmini də izləməyi çox istərdim
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
Reklam
324 syf.
·
Puan vermedi
Əvvəla onu deyim ki, kitabı mənə çox sevdiyim insan hədiyyə edib. Kitabı fasilələrlə 2 həftəyə bitirdim. Çox gözəl bir kitab idi, oxumağa dəyər.. Nə qədər uzun ömür yaşasaq da yenə bir-birimizə demədiyimiz sözlərimiz olacaq sözsüz ki.. Ancaq itirilən vaxtın geri qayıtmadığını nəzərə alsaq bu sözlərin sayını azaltmış olarıq.. Culiya və Tomas həyatın hər kəsə nəsib etmədiyi bir şansı əldə etdi, Adam Culiyaya lazım olan diqqəti, qayğını vermədiyi üçün aqibətinin elə olacağı bəlli idi. Əsərin sonuna qədər demək olar ki, Entoninin həqiqətən robot olduğunu ya rol oynadığını anlamadım)) Stenli fikrimcə çox yaxşı bir dost idi ,Knapp haqqında eyni şeyi deyə bilməyəcəm. Bəlkə Knapp sözlərində haqlı idi, Culiyanın Tomasın həyatına yenidən girib məhv etməsindən qorxurdu amma bu yalan danışmasına haqq qazandırmır mənim gözümdə.. Və sonunda demək istəyirəm ki, bir insan nəsibinizdə varsa hətta aradan 18 il keçməsinə baxmayaraq yenidən sizə gələcək. Və əgər hələdə sevdiklərinizə deyə bilmədiyiniz sözləriniz varsa vaxt itirməyin. Çünki hər kəs Entoni kimi şanslı olmur))
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Sevdiklərimiz sonsuza qədər yanımızda olmayacaq...
Onsuz da Mark Levi sevdiyim yazıçılardan biridir. Oxuduğum kitabları fantastik, romantik, dedektiv janrda olub. Bu kitab da demək olar ki fantastikdir. "Bəlkə də bu həqiqətdir" romanını oxuyanlar məni anladı. Culiya 20 il idi ki atası ilə danışmırdı özünə görə çox keçərli səbəbləri vardı, atası da eyni ilə qızıyla danışmırdı bir sözlə danışmağa cürət etmirdi. Nəhayət ilk addımı atası atır amma bu addım atasının ölümü nəticəsində olur. Atası öldükdən sonra hazırladığı robotunu qızına göndərir. Bəli robot atasına oxşayır və ümumilikdə atasının beynini daşıyırdı. Məhz buna görə fantastik deyirəm. Culiya atası ilə (robot ilə) sadəcə 6 gün vaxt keçirə bilər, 6 gündən sonra mexanika dayanacaqdı. Beləliklə, onlar maraqlı səyahətə çıxır. 18 il əvvəl qızını ayırdığı sevdiyi oğlanı axtarmaq, qızını sevdiyinə qovuşdurmaq onun əsas məqsədi idi. Kitabı oxuyanlar biləcək, mənə bir fikir müəmmalı gəlir. Entoni 6-cı günün tamamında qutusunda bağlanır amma qızı evdən çıxandan sonra o yenidən bərpa olur və katibi Uolles ilə gizli səyahətə çıxır. Yəqin ki digər kitablarda yazıçı bunu aydınlaşdıracaq.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz Sözlər
Marc Levy
Marc Levy
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Mənim kitabım
Bu kitabı oxumaq üçün birisindən götürmüşdüm, qaytaracağam. Amma ilk bu andan sonra çölə çıxanda gedib bu kitabın eynisini,amma mənim olanını alacağam. Xüsusi sujet xətti mi var? Deməzdim mükəmməl əsərdir və ya dünya bestselleri ilə müqayisə oluna bilər,amma çox fərqli,özünə məxsus sujeti var,şablon trajidramatik hekayələrdən fərqlidir,ən əsası da ruhuma ən yaxın yer tutan kitab oldu, fəlsəfik və ya toxunaqlı alıntıları yox idi,dediyim kimi ,bəlkə də,digərləri üçün sıradan olan bir roman ola bilər, amma başlanğıcı ilə də ,sonu ilə də mənə çox toxunan,ağladan sıradanlığı ilə mənim üçün sıradan olmayan yer tutdu və mənim kitabım oldu:hiss edərək,anlayaraq, yaşayaraq və vurularaq oxuduğum.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
·
Puan vermedi
Salam Bəs entoni ölüb ya yox mən kitabı oxudum amma mənə müəmma qaldı çunki entoni adamla qonaq otağında danışanda adam pultun düyməsini səhvən basanda entoni söndü amma sonra evdən entoni gedən də pultu suya atdı və bundan əlavə də hava limanından keçməmək üçün sənədi var idi mən bilmədim ölüb ya yox)
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
386 syf.
7/10 puan verdi
·
Beğendi
Əvvəli sıxıcı gəldiyi üçün yarımçıq saxlamışdım. Bir müddətdən sonra yenidən başladım oxumağa İlk bir neçə səhifədən sonra hadisələr daha maraqlı şəkil alır)
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
·
Puan vermedi
İnsan ailəsinə nə qədər incik olsa da, bir şans olsa keçmişə dönüb o boşluqları doldurmaq üçün hər şeyi edər. Və Entoni də bu cür şərait yaradır. İlləri 6 günə sığışdırmaq əlbəttə çətindir, amma bütün buzları əridir. Qızı ilə vaxtında yaşaya bilmədiyi, onun yaxşılığını düşünərək əngəl olduğu şeyləri bərpa etməyə çalışır, onun suallarını cavablayır. Culiyanın həyatı isə 6 gündə və həyatının qalan hissəsində tamamilə dəyişir. Adam ın yaşadığı isə Culiyanın günahı deyil, hadisələr elə zəncirvari baş verirki heç kimin günahı olmur. Amma ortada üzülən biri olur… Nəticə olaraq aradakı mənasız məsafələri qaldırıb, ailə və sevdiklərinə vaxt ayırıb sonradan “kaş ki” deməmək üçün hər şeyi zamanında etməkdir.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
324 syf.
9/10 puan verdi
·
8 günde okudu
Söyleyemediğimiz Onca Şey..
Marc Levy ile tanışmam çok değerli bir insanın bana bu kitabı hediye etmesiyle başladı. Bu eseri bir kaç cümleyle açıklamak gerekirse baba sevgisinden mahrum kalan bir kıza, babası tarafından sunulan bir olağanüstülükle,kısa süreli bir imkanla bu sevgiyi bir nebze de olsa doldurma fırsatını anlatıyor. Geçmiş ile gelecek arasında harika bağların kurulduğu bir roman özelliği de taşıyor. Romanın konusu birden fazla. Aşk, dram, romantizm, bilim-kurgu... Okuyana mutlaka bir şeyler katan eserlerden biri. Ben de bu eserle kendime, çevreme , çevremdekilerin bana söylemek isteyip de söyleyemediği şeyleri görme şansına eriştim.
Birbirimize Söyleyemediğimiz Onca Şey
Birbirimize Söyleyemediğimiz Onca ŞeyMarc Levy · Can Yayınları · 2018836 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.