Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bütün Əsərləri

Mikayıl Müşfiq

En Eski Bütün Əsərləri Sözleri ve Alıntıları

En Eski Bütün Əsərləri sözleri ve alıntılarını, en eski Bütün Əsərləri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım.
Xəzan acısına edib təhəmmül, Gülün kölgəsində ötəndə bülbül, - Həyat, həyat!- deyə çırpınır könül, Könüldən, sevdadan necə əl çəkim?
Reklam
O qara gözlərin deyil parlayan, Ulduzlar içində gecələrimdir! Bəlkə də ruhuma aydınlıq Bir sərin, ziyalı yaz səhərimdir.
Bu vəfasız ömür, bu coşqun dərə Gərək boş-boşuna axıb keçməsin Bu gözəl cahanı sanıb pəncərə, Hər gələn sadəcə baxıb keçməsin.
O gündən bəridir nərdə bulunsam, Gözümdə sən varsan, könlümdə sevda.
Mən sənin gözlərinin məftunu, Yeni əsrin yeni bir Məcnunu.
Reklam
Nə zaman istəsən əziz canımı, Qumral gözlərinlə al, sənə qurban.
Könlüm ay üzünü hey görmək istər. Saçın gül suyunda yıxanmış məgər? Ətrindən damağım, beynim mey çəkər.
BULUDLAR
Tutqunsunuz, qəlbinizdə yoxsa varmı sancınız? Bu hərcayi gəzişdən nədir ya qazancınız? Buludlar, buludlar, Pərişan buludlar, Başımın üstündə kişnəyib Yarışan buludlar!
BULUDLAR
Ey coşqun gəncliyim, ey havalı quş, Oxuduğum şərqi dinlənməz olmuş. Ey şeir yazmaqla keçən günlərim. Siz ki, ən vəfalı günlərimsiniz, Baxıb buludlara gülümsəməkçün, Sevgi nəğmələri bəstələməkçin Mənə müsaidə verərmisiniz?
169 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.