Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bütün Əsərləri

Mikayıl Müşfiq

Bütün Əsərləri Sözleri ve Alıntıları

Bütün Əsərləri sözleri ve alıntılarını, Bütün Əsərləri kitap alıntılarını, Bütün Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Məni gözəl xatırla,bunlar son misralar, Fərz et ki,bir külək idim,əsib keçdim həyatından... Ya da bir yağmur,sel oldum çöllərdə Sonra torpaq çəkdi suyu canına... Yox olub getdim,bəlkə röya idim səninçün Oyandın ve mən bitdim...
Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Reklam
Əbədiyyət Nəğməsi
Bu dumanlı dağın başı mən olsam, Dibinin ağlayan daşı mən olsam, Hal bilən, dil bilən qara gözlərin Qələmim deyir ki, qaşı mən olsam, Ellərin ürəyi kövrəkləşəndə, Dolu gözlərinin yaşı mən olsam, Bəzi adamları bilməyim deyə, Hisslərim korşalıb, naşı mən olsam, Bir sərxoş ölümün əlindən düşüb Nə zaman qırılan kaşı mən olsam, Şair yeni - yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!
Sayfa 175Kitabı okudu
KÜLƏKLƏR (1929)
Hər səhər, hər axşam, hər axşam, hər səhər Çox zaman sərsəri küləklər bixəbər Bir yaxın dost kimi qapımı döyərlər, Küləklər, küləklər, bəstəkar küləklər, Dünyanı dolaşan bəxtiyar küləklər! Bəziniz qorxulu, bəziniz qorxusuz, Bəziniz duyğulu, bəziniz duyğusuz, Bəziniz uyqulu, bəziniz uyqusuz, Küləklər, küləklər, ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər!   Ey çılğın küləklər, nəşəniz daşarkən, Bağların şehindən mey sorub coşarkən, Nalqıran dağları atlayıb aşarkən, Məni də alınız, uçayım dağlara, Könlümdə nə varsa, açayım dağlara!   Gurlayın, ilhamım, sənətim gurlasın! Fırtınam, qasırğam, qüdrətim gurlasın! Şimşəyim parlasın, zülmətim gurlasın! Ey məni sərazad bəsləyən küləklər, Bir dağın başından səsləyən küləklər!
Bəzən süzülərək gözlər, o gözlər Yol çəkib uzaqdan nə xəyal özlər?
Sayfa 33 - Qanun NəşriyyatıKitabı okudu
Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Reklam
Qaya
"Neçin boş baxalım beş günlük ömrə? Bir anlıq həyat da ölümə görə, Məncə qiymətlidir, məncə dadlıdır. Həyatın hər anı quş qanadlıdır".
Sayfa 570Kitabı okudu
Küsmərəm
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Elllərdən küsərəm, səndən küsmərəm!
Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki... Böyük günlər, şanlı günlər, şən günlər, Yoluna düşən günlər Hələ qarşımızdadır!
Sayfa 206 - Qanun NəşriyyatıKitabı okudu
Yaşamağı hər kəs bilir, yaşatmaqdır böyük hünər!
Sayfa 52 - Qanun NəşriyyatıKitabı okudu
169 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.