Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bütün Əsərləri

Mikayıl Müşfiq

Bütün Əsərləri Sözleri ve Alıntıları

Bütün Əsərləri sözleri ve alıntılarını, Bütün Əsərləri kitap alıntılarını, Bütün Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
BULUDLAR
Ey coşqun gəncliyim, ey havalı quş, Oxuduğum şərqi dinlənməz olmuş. Ey şeir yazmaqla keçən günlərim. Siz ki, ən vəfalı günlərimsiniz, Baxıb buludlara gülümsəməkçün, Sevgi nəğmələri bəstələməkçin Mənə müsaidə verərmisiniz?
“Məni gözəl xatırla… Bunlar son misralar… Fərz et ki, bir külək idim, əsib keçdim həyatından… Ya da bir yağmur, sel oldum çöllərdə… Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın ve mən bitdim… Məni gözəl xatırla… Çünki sevdim sənin mən hər şeyini… Sənə sirdaş oldum, dost oldum Qoynumda ağladın… Üzünə vurmadım heç
Reklam
Bu vefasız ömür, bu coşqun dere Gerek boş boşuna axıb geçmesin. Bu gözel cahanı sanıb pencere Her gelen sadece baxıb geçmesin...
Mən sənin gözlərinin məftunu, Yeni əsrin yeni bir Məcnunu.
Ömər Xəyyamdan. Rübailər. 19.
"İstər bütxanəsi, istər kəbəsi, İstərsə canların ağlayan səsi, Bütün məscid, səlib, mehrab, kəlisa, Hamısı köləliyin bir nişanəsidir" .
Sayfa 587Kitabı okudu
Səbrimizin yarpaqları Töküldü yellər eşqinə.
Sayfa 208 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Həyat həm gülməkdir, həm ağlamaqdır.
Sayfa 187 - Qanun NəşriyyatıKitabı okudu
BULUDLAR
Tutqunsunuz, qəlbinizdə yoxsa varmı sancınız? Bu hərcayi gəzişdən nədir ya qazancınız? Buludlar, buludlar, Pərişan buludlar, Başımın üstündə kişnəyib Yarışan buludlar!
"Qurban olduğum"
Bilməm, məni nеçin atmış, unutmuş, Cövrü-cəfasına qurban olduğum. Yoхsa özgəsinə üzünü tutmuş, Yеni sеvdasına qurban olduğum? Mən Dilbəri sordum gəlib-gеdəndən; Dеdilər, barışmaz, küsmüşdür səndən. Mən iltifat еtdim, o qaçdı məndən, Qaçqın ədasına qurban olduğum. O mənim sеvgilim, o mənim anam. Onsuz üzüm gülməz, açılmaz aynam. Bilməm, harda qaldı o nazlı durnam, O хoş sədasına qurban olduğum. Ayrılıq oduna könül dayanmaz. Еşq oduna yanan bir daha yanmaz. Çəkdiyim nalədən nеçin oyanmaz, Şirin röyasına qurban olduğum?
Sayfa 287 - Qanun nəşriyyatıKitabı okudu
Yenə o bağ olaydı
"... Yarpaqlar arasında uzadaraq əlini, Oxşayaraq telini, Gecələr darayardı saçlarını ay, gözəl! Sən gözəlsən, ay gözəl?"
169 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.