Cenni Herhardt

Theodore Dreiser

Cenni Herhardt Gönderileri

Cenni Herhardt kitaplarını, Cenni Herhardt sözleri ve alıntılarını, Cenni Herhardt yazarlarını, Cenni Herhardt yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
400 syf.
·
Puan vermedi
Sevgilerle )
Cenni Herhardt.. Teodor un romani belli bu eser cidden cox tesirli olmasada maraxli yazilib.Oxumamisinzsa mutleq tovsiyə edirəm.Kitab bir qadının heyatindan bəhs edir.Təbəqələsmənin insana imkanlarına göre deyer verilmesi kitabda öz eksini tapib. Anası ile Cenni bir otelde temizlik işlerini görurler.Cennigilin ailesi 6 usaqdan ibaretdir.Atasi ise suseufurendir. Mənə göre kitab 2 hisseli xarakter dasiyir.Lesterle olan dovr ve Lesterden sonraki dovr.Niese Lesterden sonraki Cennini daha Cox sevdim... Yazıçının qələmini sevdim, hekayəni və gedişatını da, sevdim. Ancaq ortalarda və sona doğru nədənsə oxuyanda sıxıcılıq və hadisələrin uzadıldığını hiss etdim. Sonlara doğru yazıçı gedişatı uzatmışdı, belə ki, bir hadisə üzərində 4-5 fəsil danışılırdı. Bu kitabda yazıçı sinfi bərabərsizliyi bir xanımın sevdiyi adamla evlənməsinə maneə kimi göstərib. Bir qadının çarəsizliyi, digərlərini özündən daha çox sevməsi, özünə ikinci dərəcəli insan kimi davranmasını görürəm... Güc, təhsil, öz ayaqları üzərində dayanma - niyə bunlar olmasin Tovsiye edilir...)
Cenni Herhardt
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014442 okunma
Yüksək gərginlik dəqiqələrində insan daha çox nəzərə çarpan bir aydınlıqla yüksəlir. O, qüvvə və istedadının xeyli artdığını duyur. Biz hələ titrəyirik, yanlış addım atmaqdan qorxuruq, lakin biz inkişaf edirik, yüksəlirik. İlham alovları bizə rəhbərlik edir. Təbiət heç kəsi rədd etmir. Mühit, yaxud cəmiyyət bizdən üz döndərirsə, biz yenə də mövcud olanlarla dostluqda qalırıq. Təbiət - alicənabdır. Külək və ulduzlar sənin dostlarındır. Sən ancaq mərhəmətli və həssas ol - o zaman bu böyük həqiqəti dərk edərsən. Bəlkə də, bu həqiqət sənə hazır düsturlar şəklində deyil, nəticə etibarilə idrakın mahiyyətini təşkil edən sevinc və rahatlıq duyğusu ilə gəlib çatacaqdır. Rahatlıqda müdriklik qazanırsan.
Reklam
Dogru.....)
"Həyat mübarizədir. Bir şey əldə etmək istəyirsənsə, onun yolunda döyüşməlisən; "məncə, arzuna çatmağa" kömək edən hər bir vasitədən istifadə etməmək axmaqlıqdır; insanların demək olar ki, hamısı anadan gəlmə axmaqdır. Onlar layiq olduqları kimi yaşayırlar və bundan yaxşı bir şeyə dəyməzlər. Zövqün çatmamasına nifrət edirəm, bu - ən böyük cinayətdir."
İnsan öz borcuna və ədalətə ciddi riayət etməklə şirnikdirici səadət arasında tərəddüd etdiyi zaman onun həyatında böhranlı dəqiqəqlər başlanır və ona elə gəlir ki, çox da böyük səy göstərmədən, yalnız lazım olduğu kimi hərəkət etməməklə səadətə nail ola bilər. Olmalı və olmamalı şey arasında hüdud bəzən aydın olmur.
Kamala yetmiş bir adamın öz ilk gənclik təsəvvürlərini mühafizə etməsi nadir hadisədir. Həm də birisinin bunları mühafizə etməsi deyil, hamının bunu itirməsi qəribədir. Bütün dünyanı gəz, dolaş, hər şeyə geniş açılmış, heyrətli gözləri ilə baxan gəncliyin incəliyi və sadəlövhlüyü keçmişə dair bir xatirəyə çevrilsə, onda dünyada nə qalar?
Bele deyilmi...?
Özünüzü ucuz qiymətləndirin - o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, - o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyər?" fikridir. Onun yeganə ölçüsü - özünü mühafizə hissidir. Ancaq nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qadirdirlər.
Reklam
248 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.