Cenni Herhardt

Theodore Dreiser

Sözler ve Alıntılar

Tümünü Gör
Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan dünyadan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı.
"Heç bir vaxt yalan demə. Heç bir vaxt faktları öz gördüyün kimi deyil, başqa bir şəkildə təsəvvür etməyə çalışma. Doğruluq - həyatın nəfəsidir, hər cür ləyaqətin əsasıdır. Kim buna möhkəm riayət edirsə, bu, işgüzarlıq aləmində ona yaxşı ad qazandırar".
Sayfa 247Kitabı okudu
Reklam
"Həyat nə deməkdir? Bu qədər çalışmaq, bu qədər qayğı və dərd, bəs sonda nə qalır? İtib gedənlər indi hardadırlar? Adamlar ölürlər və artıq heç vaxt bizlərlə görüşmürlər".
Sayfa 211Kitabı okudu
Dünya pis və səbatsız qurulmuşdur. Yəqin heç kəs axıradək heç bir şey başa düşmür. İnsanlar doğulur və ölürlər. Bəziləri belə hesab edirlər ki, dünya altı min il bundan əvvəl yaranmışdır. Başqaları isə hesab edirlər ki, dünya bir çox milyon il mövcuddur. Bütün bunların arxasında gizlənən nədir - kor təsadüfmü, yaxud müəyyən bir istiqamət verən şüurmu, müəyyən bir Allahmı?
Sayfa 335Kitabı okudu
Hər zaman belə deyildimi?
Özünüzü ucuz qiymətləndirin - o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, - o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyər?" fikridir. Onun yeganə ölçüsü - özünü mühafizə hissidir. Ancaq nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qadirdirlər.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.