Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çünki səni sevirəm

Guillaume Musso

Çünki səni sevirəm Gönderileri

Çünki səni sevirəm kitaplarını, Çünki səni sevirəm sözleri ve alıntılarını, Çünki səni sevirəm yazarlarını, Çünki səni sevirəm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Güzgüyə baxdığımız zaman içimizdən onu sındırmaq kimi bir hiss keçdiyində bilin ki, güzgünü sındırmaq deyil, orada gördüyümüz insanı dəyişmək lazımdır.
336 syf.
7/10 puan verdi
·
4 günde okudu
Nəhayət gün ərzində fransız yazıçısı Guillaume Mussonun " Çünki səni sevirəm" romanını bitirdim. Roman tək kəlimə ilə möhtəşəmdir. Sadəcə romanın adını əsərdəki hadisələrlə əlaqələndirənmədim. Romanın əvvəlində Markın həyatına,acısına üzüldüm. Laylanın itməsini Nikolla əlaqələndirirdim. Hətta Nikolla Konnorun gizli münasibəti olduğunu da düşünürdüm. Bir ata düşünün... 5 il boyunca qızına həsrət bir ata.. Nə olursa olsun, ümidini üzməyən,qızının yaşadığına inanan, qəlbinin dərinliklərində bunu hiss edən bir ata... Konnor və Mark. Ömür boyu birlikdə. Onlar bədbəxtliklərə, insan fəlakətlərinə qarşı birlikdə mübarizə aparan möhtəşəm bir cütlüyə çevrilmişdilər. Hər iki dost ömürlərində birinci dəfə olaraq həyatın təkcə əzablardan və tənhalıqdan ibarət olmadığını anlamışdı. Kitab hədsiz dərəcədə maraqlıdır. Hadisələrin gedişatı o qədər həyəcanlı verilibki.. Görəsən, Layla bu vaxta qədər harada idi? Onun danışmaması həqiqətən Mark Heteueyin düşündüyü kimi mutizm problemi idimi? Yoxsa... Nikol niyə 5 ildən sonra qızını görməyə getmədi? Onun Mark Heteueyine demədiyi, amma Frenkin sezdiyi o sirr nə idi? Görəsən Doktor Konnorun qarşıladığı 15 yaşlı gənc qızın bu hadisə ilə bağlı əlaqəsi varmı? Evinin öldürmək istədiyi adam kimdir? Onda bu qisas hissinin yaranmasına səbəb nədir? Konnorun Evini özünə bənzətməsinə başqa səbəb varmı, görəsən? Kitabın sonunun necə bitməsi isə oxuculara sürpriz olsun
Çünki səni sevirəm
Çünki səni sevirəmGuillaume Musso · Qanun Neşriyyat evi · 2021123 okunma
Reklam
" Qorxu insanın qəlbində hər zaman olacaq. İnsan daxilindəki çox şeyi məhv edə bilər: sevgini, etibarı, nifrəti, hətta şübhəni də. Ancaq həyatın dəyərini anlayan insan heç vaxt daxilindəki qorxunu məhv etməyə qadir deyil. "
Sayfa 292Kitabı okudu
" Əgər hara getdiyini bilmirsənsə, heç olmasa haradan gəldiyini xatırla."
Sayfa 277Kitabı okudu
" Nə olur, olsun keçmişinizin əsirinə çevrilməyin. "
Sayfa 274Kitabı okudu
" Gələcək keçmişimizə çevrilən indiki zamandır. "
Sayfa 273Kitabı okudu
Reklam
" Həyatın ən gözəl çağları bu sözləri deməklə keçir: " hələ çox tezdir"," artıq çox gecdir". "
Sayfa 221Kitabı okudu
" Biz qoza bənzəyirik, içimizdə nə olduğunu öyrənmək üçün bizi sındırmaq lazımdır. "
Sayfa 201Kitabı okudu
" Həyat bizi bəzən elə çıxılmaz vəziyyətə salır ki, biz bu vəziyyətdən yalnız hər zaman qoruduğumuz, müdafiə etdiyimiz dəyərlərə xəyanət edərək çıxa bilirik. "
Sayfa 153Kitabı okudu
81 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.