…Qış küləyi hər dərdə şərik şahid kimi görülməz bir hüsn-rəğbətlə əsirdi. Sanki indiyə qədər heç vaxt hava qaralmamışdı, əksinə ilk dəfə bugün yetim qalmış, yalqız insanı ovundurmaq üçün axşam çökürdü. Sanki ətraf təpələrdəki meşələr elə həmişədən panoramanı kəmərləyərək arxası üfüqə dayanmırdılar, əksinə elə indicə yerin dibindən təəssüflərini bildirmək üçün çıxıb dayanmışdılar…