– Belə çıxır ki, torpaqdan daha çox qazanırsan?
– Qazanıram? – İsaak təkrar etdi.
– Yəni sən torpaqda işlədiyin müddət ərzində xəttə baxmaq müqabilində alacağından daha çox qazanırsan?
– Bunu bilmirəm, – İsaak cavab verdi. – Ancaq məsələ burasındadır ki, mən burada torpağa görə yaşayıram. Mənim böyük ailəm, çoxlu mal-qaram var, onların hamısını yedirtmək lazımdır. Biz torpaqla yaşayırıq.