Elm Tanrı Axtarışında

Con Lennoks
“Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir. O soruşur: “Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?” Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, hə-ya-tın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Müzakirələr zamanı Lennoks rəqiblərinin arqumentlərindən zəifini deyil, ən güclüsünü seçir və onu ədalətlə, obyektiv təhlil edir, öz ixtisası ilə əlaqəli mövzularda şəxsən tutarlı arqumentlər təqdim edir, digər sahələrdə isə qabaqcıl mütəxəssislərə istinad edərək öz bəyanatlarını əsaslandırır. Bu kitabın səhifələrində kainatdakı incə nizamdan təsirlənən fiziklərin, xüsusi bir planetdə yaşadığımızı dərk edib heyrətlənən kosmoloqların, DNT-dəki informasiyanın şüurlu yaradılış fikrinə sövq etdiyi filosof və genetiklərin, “Tanrı” deməmək üçün ümidsiz halda çırpınan Dokins və dəstəsinin hekayəsini tapa biləcəksiniz. Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğunu öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız. Elm və din münasibətlərinin kamil şəkildə təhlil edildiyi, heç bir irada, açıq suala yer qoymamış ən son müzakirələri ehtiva edən “Elm Tanrı axtarışında” kitabı elmin dinlə rabitəsi haqqında debatlar üçün misilsiz töhfədir.
Yazar:
Con Lennoks
Con Lennoks
Tahmini Okuma Süresi: 10 sa. 26 dk.Sayfa Sayısı: 368Yayınevi: Qədim Qala
ISBN: 9789952558029Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
368 syf.
·
Puan vermedi
Dini kitab alarkən təsadüfi seçilən kitab, kitab elm adamları tərəfindən tanrının, kainatın, insanın , təbiətin yaradılışından bəhz edir.Kitabdan anladiqlarim/Elm insanlari tanrının yoxluğunu və varlığını sübut edə bilmir, və kainatın bir yaradıcısinin olduğunu bizə göstər, deistlərin və ateist lərin, sadəcə bir inanca bağlı olduğunu bir elmi sübuta bağlı olmadığını bildirir, və təbiət qanunları təkamülün bir sərhədi olduğunu, yoxdan var edə bilmədiyini, bir sərhədi olduğunu bildirir, elm adamları bəzi məsələləri din üzərində aşkar ediblər, ve ağılı insanın inanca yox subutda inandığını bizə göstərirlər, ona görə seçim edərkən ağila sübuta görə etmək lazımdır, ve toplunun inandığı lazımsız inanclara yox, bir keksin necə hazırlandığını hansı maddələr dən hazırlandigini elm adamları tala bilər ama onun nə üçün hazırlandığını sadəcə onu hazırlayan bilər, insan da belədir, nə üçün yarandığını var olduğunu sadəcə tanri bilər, bizə yaraşan düzgün qanunlarla yaşayıb bu həyatdan getməkdir.
Elm Tanrı Axtarışında
Elm Tanrı AxtarışındaCon Lennoks · Qədim Qala · 07 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.