Собачье Сердце sözleri ve alıntılarını, Собачье Сердце kitap alıntılarını, Собачье Сердце en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
+ Müdirəsi, — Filipp Filippoviç düzəliş etdi.
— … istəyirəm sizə, — qadın bu dəm qəflətən bir neçə əlvan və qardan islanmış jurnal çıxardı, — Almaniyadakı uşaqların xeyrinə bir neçə jurnal götürməyi təklif edim. Dənəsi yarım qəpiyə.
+ Yox, götürməyəcəm, — Filipp Filippoviç jurnallara çəp bir nəzər saldıqdan sonra dedi.
— Nəyə görə imtina edirsiniz?
+ İstəmirəm.
— Sizin Almaniyadakı uşaqlara yazığınız gəlmir?
+ Gəlir.
— Yarım qəpiyinizə qıymırsınız?
+ Xeyr.
— Bəs səbəb?
+ İstəmirəm.